Radiofrekans və Lazer Ablasiya (EVLA) -ın tətbiqi necə aparılır?

 

Son illər varikozun müalicəsi -ndə miniinvaziv endovazal termal..

Son illər varikozun müalicəsi -ndə miniinvaziv endovazal termal ablasiya üsullarının istifasi geniş vüsət almışdır.

Bunun da əsas səbəbi endovazal ablasiya üsullarının digər ənənəvi üsullardan daha az travmatik və yüksək kosmetik effektli olması ilə bağlıdır.

Endоvazal termal ablasiya üsulları aşağıdakılardır:

     1. Endovenoz lazer ablasiya (EVLA)

     2. Radiofrekans ( radiotezlikli) ablasiya 


Biolitec_copy.jpg

Endovenoz lazer ablasiyanın (eləcə də RF ablasiyanın) üstünlükləri:

  • Endovenoz lazer ablasiya (RF ablasiya) miniinvaziv üsul sayılır və damar əməliyyatından sonra dəridə heç bir iz qalmır;
  • Ümumi anesteziya və ya spinal anesteziyaya ehtiyacın olmaması;
  • Endovenoz lazer ablasiyanın təhlükəsizliyiƏnənəvi üsullarla müaqyisədə daha az ağırlaşma baş verir;
  • Venoz trofiki xora -larda istifadə olunmaq imkanı;
  • Ambulator şəraitdə icra olunur və əməliyyat sonrası pasient evə buraxılır.

 

Endovenoz Lazer Ablasiyaya  (RF ablasiya) göstərişlər:

  • Varikoz qapaq çatmazlığı
  • Venoz damar -ın düzxəttli olması (qıvrımşəkilli venoz damar -lar FİBERin damardaxili keçməsinə mane olur)

Endovenoz Lazer Ablasiyaya  (RF ablasiya) əks göstərişlər:

  • Varikoz damar daxilində trombun mövcudluğu
  • Xroniki xəstəliklərin kəskinləşməsi
  • Ağır somatik xəstəliklərin dekompen-sasiya mərhələsi
  • Piylənmə IV dərəcə
  • Hamiləlik və laktasiya dövrü
  • Anamnezdə trombozun olması
  • Aşağı ətraf arteriyalarında stenozun (daralmanın) mövcudluğu
  • Bu və ya digər səbəbdən hərəkət qabiliyyətinnin itirilməsi

EVLA-ya (RF ablasiya) (Varikoz damar əməliyyatına) hazırlıq necə aparılır?

Varikoz damar əməliyyatı öncəsi xüsusi hazırlıq tələb olunmur. İlk etapda fleboloqun (varikoz damar cərrahının) konsultasiyası tətbiq olunur. USM doppler (ayaqların usm müayinəsi) və müəyyən kompleks analizlər təyin olunur.

   1. Varikoz damar əməliyyatı günü duş qəbul edilməsi

   2. Ayaqların qasığa qədər tükdən təmizlənməsi 

   3. Varikoz damar Əməliyyatı öncəsi II sinif elastik damar corabı seçimi 

 

EVLA (RF ablasiya) necə icra olunur?
    Varikoz damar əməliyyatı günü təkrar aşağı ətraf venalarının ultrasəs müayinəsi aparılaraq lazer ablasiya aparılacaq venoz damar manipulyasiyanın daha dəqiq aparılması üçün öncədən işarələnir. Sonrakı etapda yerli anesteziya altında ultrasəs müayinəsi nəzarəti altında lazer kateter kiçik dəlikdən  "xəstə" venoz damar -a bud venası sərhəddinə qədər yeridilir. Bundan sonra öncədən hazılranmış analgetik təsirli xüsusi məhlul ultrasəs müayinəsi nəzarəti altında damar ətrafına yeridilir. Yeridilmiş mayenin əhəmiyyəti termal ablasiya zamanı ətraf toxumaları yanmaqdan qorumaqdan ibarətdir. Bundan sonra fleboloq (varikoz damar cərahı) damarı termiki işləməyə ( "yandırmağa") başlayır.

laser treatment GIF

Bunula da damar daxildən "yanaraq" qapanır. Varikoz damar Əməliyyatı sonu xəstəyə elastik corab geyindirilərək (və ya elastik bint -lə sarınaraq) 1 saat ərzində klinikada gəzmək tövsiyyə edilir. Damar əməliyyatı -ndan bir saat sonra xəstə ambulator müalicəyə buraxılır.

Varikoz Əməliyyatı sonrakı dövrün özəllikləri:

Varikoz damar Əməliyyatı -ndan bilavasitə sonra xəstəyə bir saatdan az olmayaraq gəzmək tövsiyyə olunur. Damar Əməliyyatının növbəti günü xəstəyə dərin venalara baxış və damar qapanmasının effektivliyini öyrənmək məqsədi ilə kontrol USM doppler (ayaqların doppleri) icra olunur. Varikoz damar Əməliyyatı sonrası xəstəyə II sinif elastik kompressiya bir ay müddətində geyinmək tövsiyyə edilir. Yatdıqda və ya uzandıqda elastik damar corabını çıxarmağa icazə verilir. Həmçinin gündəlik 3-5 km-lik gəzmək və ya 1 saatdan az olmayaraq gəzinti tövsiyyə olunur. Varikoz damar əməliyyatı -ndan 3-4 həftə müddətində uzunmüddətli statik vəziyyət, sauna və isti vanna qəbulundan imtina tövsiyyə edilir.

Radiofrekans ablasiya üsulu

Bizim klinikamızda (damar mərkəzimizdə) həmçinin ABŞ istehsalı olan Coviden closurefast cihazı vasitəsilə radiofrekans ablasiya varikoz damar əməliyyatları uğurla həyata keçirilir.

a76929f0fbcc209b09b1291b2c0df274_copy.jpg

 

Radiofrekans ablasiya üsulunun digər üsullardan üstünlükləri :

- varikoz damar əməliyyatı -ndan sonrakı dövrün ağrısız keçməsi ( ağrısız damar əməliyyatı)

- ətraf toxumaların termiki təsirə məruz qalmaması (ətraf toxumalar cihazın avtomatik temperaturu tənzim etməsi ilə əlaqədar olaraq yanmır) ( kəsiksiz və qansız damar əməliyyatı)

 

Biz bir fleboloji mərkəz olaraq termal ablasiya (damar əməliyyatı) sonrası pasiyentlərə 1,3,6,12 ay müddətində və 5 il müddətində ildə bir dəfə ödənişsiz kontrol baxışa gəlməyi tövsiyyə edirik.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

#skleroterapiya #exoskleroterapiya #kopukskleroterapiya #bakidaskleroterapiya #skleroterapiyaqiymeti #skleroterapiyaninehemiyyeti #varikozunyaranmasebebi #fleboloq #yaxsifleboloq #damarulduzcuqlari #varaikozdamargenislenmesi #venalazermerkezi #venalazer #lazerdamaremeliyyati #varikozunmualicesi #skleroterapiyaninqiymeti #damar genislenmesinin tebii mualicesi #kisilerde varikoz damar genislenmesi #varikoz ucun mazlar #varikozun evdə müalicəsi #varikoz damar hekimi #ayaqda trombun mualicesi #damar xestelikleri #damar partlamasinin sebebi