Varikoz damar estetikası

Varikozda damar estetikası ( "Varikozun damar genislenmesi" )

Varikoz proqresivləşərək sonda əlilliyklə nəticələnən xəstəlik olmaqla yanaşı həm də depressiya və təcrid olunmalarla müşayiət olunan estetik bir problemdir. Estetik problemin olmasını xüsusən gənc nəslin nümayəndələri biruzə verir.

Varikoz xəstəlik -də estetik görünüşün pozulması varikoz xəstəliyin mərhələsi -ndən asılı olaraq pəncə, baldır və budda müxtəlif ölçülü torşəkilli “damar ulduzcuqları” -ndan tutmuş böyük ölçülü dəridən qabaran torbaşəkilli qıvrım damarlara  və hətta  varikoz xora -ya qədər təzahür edir.

varikoz2.jpg

 

Bəs estetik problemdən necə qurtulmalı?

Bizim mərkəzdə varikoz -la bağlı estetik problemdən qurtulmanın bir neçə üsulları mövcuddur:

  • Maye skleroterapiya – bu üsulla 1 mm-dən kiçik diametrli damar ulduzcuqları -ndan yaxa qurtara bilərsiniz
  • Köpük ( foam-form) skleroterapiya – 1-3 mmlik damar ulduzcuqları -nın itirilməsi üçün tətbiq edilir.
  • Miniflebektomiya – 3 mm-dən böyük dərialtı damarların ləğv olunmasında (Exoskleroobliterasiya və endovenoz termal ablasiyaya köməkçi olaraq) tətbiq edilir.

 

Qeyd edək ki, estetik görünüşdən yaxa qurtarmaq üçün tətbiq olunan prosedurlar narkozsuz, ağrısız icra olunur və xüsusi hazırlıq tələb etmir.

Prosedur sonrası nə etməli?

     Prosedurların müalicəvi və estetik təsirini gücləndirmək üçün

 1. prosedur sonrası elastik damar corabları -nın geiyinilməsi (elastik damar corabı seçimi fleboloq tərəfindən təyin edilir);

 2. Flebotrop dərman vasitələri  tətbiqindən istifadə edilir.

 

 

Əlaqə və ətraflı məlumat üçün whtsapp >>>>>>> https://www.kisa.link/Nfv5 

 

 

 

 

#varikozunmualicesi #varikozdamarcerrahi #bakidaflebologiya #varikozdamarestetikasi