Varikoz müayinəsində USM-Dopplerin əhəmiyyəti nədir?

 

 

Aşağı ətraf venalarının ultrasəs (doppler) müayinəsivenaların anatomik yerləşməsini, tamlığını, qapaq aparatının funksiyasının qiymətləndirilməsini öyrənən yüksək informativ və qeyri – invaziv müayinə üsuludur. Müasir flebologiyada fleboloq ultrasəs cihazsız təsəvvür olunmazdır.

1109658.jpg  

Məhz bizim klinikamızda müasir yüksək informativ USM cihazlarından istifadə olunur. 

Aşağı ətraf venalarının USM-doppleri həkim-fleboloq tərəfindən aşağıda sadalanan hallarda tətbiq olunur:

  • Varikoz damar genişlənməsi;
  • Aşağı ətraflarda ağrı və ağırlıq hissi;
  • Hərəkət zamanı ayaqda yorğunluq hissi;
  • Günün sonunda ayaqda ödemin olması; 
  • Ayaqlarda soyuqluq hissinin olması;
  • Baldırda uzunmüddətli sağalmayan xoraların mövcudluğu;
  • Damar şəbəkəsinin travmatik zədələnməsi

Aşağı ətrafların ultrasəs müayinəsi zamanı hansı xəstəlikləri üzə çıxarmaq mümkündür?

1- Aşağı ətrafların varikoz xəstəliyi

2- Aşağı ətraf arteriyalarının aterosklerozu

3- Obliterasiyaedici endarteriit

4- Səthi və dərin venaların trombozu

Aşağı ətrafların USM doppleri ağrısız qeyri-invaziv bir metoddur, 10-20 dəqiqə müddətində aparılır və müaynə önü heç bir xüsusi hazırlıq tələb olunmur. Müayinəyə heç bir əks göstəriş yoxdur və heç bir yan təsiri yoxdur.
Venoz və arterial damarların anatomik və morfofunksional xüsusiyyətinin öyrənilməsində USM dopplerultrasəs angioskan ən effektiv metod hesab olunur. Müayinə proseduru ayaq üstə aparılır.

 UZI-sosudov-i-ven-nog.jpg

 

Müasir flebologiyada ultrasəs cihazı varikoz xəstəliyin diaqnostikasında istifadə olunmaqla yanaşı, həm də varikoz damar əməliyyatlarının cərrahi müalicəsində tətbiq olunan əvəzolunmaz bir vasitədir. 

keçid varikozdamar emeliyyatlarına