Varikoz damar genislenmesi

Varikoz damar genişlənməsi ( Varikoz damar genislenmesi )

Aşağı ətrafların varikoz xəstəliyi  aşağı ətraf venaları -nın qapaq aparatının zədələnməsi və genişlənməsi nəticəsində vena damarları -nın divarının nazikləşməsi, formasının dəyişməsi, venoz durğunluq və şişkinliklə  xarakterizə olunan xroniki xəstəlikdir.

 

varikoz_3.jpg

 

" Varikoz damar genişlənməsi xəstəliyi " hələ qədimdən  insanlara məlumdur. Qədim Misirdə mumyalar üzərində aparılan tədqiqatlar və Hipokratın apardığı varikozun müalicəsi üzərində işlər buna sübutdur.

Amerikalı məhşur fleboloq J. Van der Stricht (1996) dili ilə desək  “ aşağı ətrafların varikoz xətəliyi bəşər övladının dördayaqlı vəziyyətdən iki ayaqlı vəziyyətə keçidinin bədəlidir”

Müasir təbabətdə texnoloji yeniliklərin tibbə gətirilməsinə baxayaraq varikoz  xəstəlik tibbdə aktual problem olaraq qalır. Bunun səbəbi isə varikoz xəsətliyin geniş yayılması və daima xəstəliyin  proqressivləşməsi ilə bağlıdır. ABŞ və Avropada varikoz xəstəlikdən əhalinin 25%-i əziyyət çəkir. Son illər isə varikoz xəsətliyin “cavanlaşması” tendensiyası diqqəti cəlb edir. 12-13 yaşlı məktəblilərin 10-15%-də refluks ( geriyə axın ) izlənilir.

Aşağı ətraf venalarının anatomiyası

Aşağı ətrafda üç venoz  baseyn ayırd edilir:

          1. Səhti venalar (Böyük dərialtı vena, kiçik dərialtı vena)

       2. Dərin vena sistemi

       3. Kommunikant (dərin və səthi venaları birləşdirən) venalar

img-2cE6M6_copy.png

Bəs venoz qanın vena ilə aşağıdan yuxarı qalxması hansı amillərin hesabına baş verir?

Venoz qan -ın aşağıdan yuxarı ürəyə doğru qalxmasında 4 amilin rolu var:

  • venalarda qapaqların olması
  • “venoz-popmanın” mövcudluğu
  • döş qəfəsinin sorucu təsiri
  • venoz tonus

 

Varikozun yaranma səbəbləri hansılardır? ( etiologiyası )

Birincili varikoz xəstəlik polietioloji xəstəlik hesab olunur və  varikoz xəstəliyin  başlıca səbəbi irsi faktor hesab olunur. 

 

Varikozun yaranmasında təkanverici amillər:

 1. Anadangəlmə qapaq aparatında defektin olması;

 2. Konstitusional tip;

 3. Neyroendokrin təsirdən venoz tonusun azalması;

 4. Peşə ilə əlaqədar ayaq üstə çox durmaq;

 5. Arteriovenoz şuntun olması;  

 6. Qarındaxili təzyiin yüksək olması;

 7. Hamiləlik;

 8. Piylənmə;

 9. Oral kontraseptiv və digər hormonal preparatlar;

 10. Ağır fiziki iş və s.

 

Varikoz xəstəliyin potogenezi:

  • Səthi venalarda hipertenziya (venoz təzyiqin çox olması)
  • Venaların varikoz genişlənməsi
  • Venoz axının pozulması
  • Venoz damar divarının və kapillyarın keçiriciliyinin – baryer funksiyasının pozulması
  • Toxumaarası sahəyə plazma zülalı, maye, formalı elementlərin imbibisiyası ( hopması), hiperpiqmentasiyası, selulit, indurasiyanın baş verməsi
  • Mikrosirkulyator səviyyədə ayaqlarda qan dövranı -nın pozulması
  • Trofiki pozğunluqların yaranması

 

Varikoz damar genişlənməsi xəstəliyinin əlamətləri xəstəliyin  mərhələsindən asılı olaraq özünü təzahür edir:

    Subkompensasiya mərhələsində:

         1. Varikoz genişlənmiş düyünlər;

         2. Günün ikinci yarıısnda yorğunluq, ağırlıq, dartılma hissi, “ayaqdan daş sallanma” hissi 

         3. Paresteziya ( hissiyyat pozğunluğu) 

         4. Gecələr baldırda qıcolmaların olması

         5. Keçici şişkinliyin olması

         6. Dəri qaşınması

    Dekompensasiya mərhələsində:

         1. Daimi ödemin olması;

         2. Baldırda piqmentləşmə (dəri rənginin tündləşməsi), trofiki dəyişikliklərin ( venoz xora -nın yaranması və s.) olması, dermatitlər, venoz ekzema

 

Variko damar genişlənməsi xəstəliyinin diaqnostikası:

  • Anamnezin tompanması;
  • Baxış ( mütləq ayaq üstə);
  • Palpasiya;
  • İnstrumental müayinələrə ( UZM doppler, fleboqrafiya və s.) əsaslanır.

 

Birincili varikozun diferensial diaqnostikası:

1. Postrombotik sindrom -da ikincili varikoz genişlənmə;

2. Kiçik çanaq orqanlarının böyük ölçülü törəmələri qalça venalarını sıxdığı zaman yaranan ikincili varikoz;

3. Anadangəlmə varikoz xəstəliklər. Parks-Veber sindromuKlippel-Trenone.

4. Filayaqlılıq;

5. Burger xəstəliyi;

6. Dərin venanın trombozu;

7. Lipema;

8. Limfostaz.

  

Varikoz xəstəliyin ağırlaşmaları:

1. Tromboflebit (səthi venaların)

2. Varikoz damardan qanaxma

3. Dermatit və ekzema

4. Venoz tromboz

5. Venoz trofiki xoralar

6. Xroniki venoz çatışmazlıq

 

Əlaqə və ətraflı məlumat üçün : https://wa.link/csgx1h 

 

 

 

 

 

#varikozdamargenislenmesi #hamilelikdevarikoz #damargenislenmesi #varikozhekimi