Varikozda elastik corablar

 "VARİKOZ DAMAR CORABLARI"


 Kompression trikotaj – "varikoz xəstəliyin müalicə və profilaktikasında tətbiq olunan əvəzolunmaz bir vasitədir.

 

 Untitled-1.jpg

Kompression trikotaj -ın bir neçə forması ayırd edilir:

  • Müalicəvi (fleboloji)
  • Profilaktik
  • Qospital ( antiembolik )
  • Limfologik ( limfostaz -da tətbiq edilir)
  • Spesifik ( venoz xora, kosmetoloji, idman)

 

Kompression damar corabların formaları:

  • Kompression kalqotka – həmçinin hamilələr üçün forması var
  • Kompression çulki – geyinilməsi daha rahatdır
  • Kompression qolf – profilaktik olaraq və aktiv həyat tərzi keçənlər üçün

Kompression damar corabları nə üçün  lazımdır və kimlər üçün xeyirlidir?

  • Aşağı ətraf venalarının genişlənməsi 
  • Venoz qan axınını yaxşılaşdırır;
  • Venoz trombun yaranmasının qarşısını almaq üçün;
  • Aşağı ətraflarda ödem yaranmasının qarşısını alır;
  • Ağrı və yorğunluğu azaldır;
  • Əməliyyatdansonrakı dövr;
  • Uzunmüddəti yollar və aviareys;
  • Hamiləlik dövrü və bəzən zahılıq dövrü

Elastik damar corabların  təsir mexanizmi

Elastik damar corabları -nın  təsir mexanizmi aşağı ətrafın müxtəlif hissələrinə fərqli təzyiq göstərməsinə əsaslanır. Belə ki, topuqətrafı nahiyəyə maksimal təzyiq (100% ) düşür. Baldırın yuxarı 1/3 hissəsinə 70%, bud nahiyyəsinə 40%, çanaq nahiyyəsinə isə 20% təzyiq düşür. Bununla da elastik trikotaj  venoz qanın aşağıdan yuxarı – ürəyə doğru biristiqamətli qalxmasını təmin etmiş olur.

 94i582841b07fd014.64542130.jpg

 

 

Damar corablarının istifadə qaydaları

Kompression damar corabları -nın seçimində ilk  öncə sıxılma dərəcəsini nəzərdə saxlamaq lazımdır. Damar corablarının sıxılma dərəcəsi siniflərlə təyin edirilir və mm.civə sütunu ilə təyin olunur.

 

                                              Sıxılma dərəcəsinə görə damar corabları 5 sinfə bölünür:

 Kompression         sinif

(mm.cv.st. ilə)

 

0 (15-18 mm.cv.st)

                                                                 İstifadəsinə göstərişlər   

                                                                                           

 

 

Bu tip profilaktik damar corabları müəllimlər, cərrahlar, bərbərlər, sürücülər və digər uzunmüddətli statik vəziyyətdə ( ayaq üstə və ya oturaq vəziyyətdə) dayanan şəxslərə tövsiyyə olunur.

I (18-22 mm.cv.st)

 

Varikoz -un ilkin mərhələlərində tətbiq olunur. Bu tip damar corabları günün sonu ayaqlarda yorğunluq, “damar ulduzcuqları”nın mövcudluğu, ayaqda şişkinlik, artıq çəki, retikulyar varikoz olan pasiyentlərə tətbiq edilir.

 

II (23-32 mm.cv.st.)

 

Tromboflebit, dərin venaların trombozunun profilaktikası, varikozun proressivləşməsində, ayaqda ödem, hamiləlik,  flebektomiyaskleroterapiya sonrası  tətbiq olunur.

III ( 34-46 mm.cv.st)

 

Xora ilə fəsadlaşmış varikoz xəstəlik, postrombotik xəstəlik, limfovenoz çatmazlıqda tətbiq ounur.

 

IV  ( 49 mm.cv.st.-dan yuxarı )

 

Limfedema və venoz sistemin anadangəlmə anomaliyalarında (Klippel-Trenone sindomu və s.) tətbiq edilir.

 

  

Elastik damar corablarında ölçünü necə təyin etməli?

Elastik damar corabları -nın ölçüsünü təyin etmək üçün səhər ayağa durmazdan öncə tipik nöqtələrdən ölçmək tələb olunur.

Müxtəlif firmaların istehsalı olan elastik damar corabları -nın ölçüləri fərqli olduğu üçün diqqətli olmaq lazımdır!  Adi metrə ilə şəkildə işarə olunan tipik nöqtələrdən ölçülür.

 b76f2171acca8e21777781ef4dda28eb_copy_copy_copy.png

 

Eləcə də əlavə parametrlərdən boy və çəki nəzərə alınmalıdır:

 razmer2.jpg

 

Damar corablarını nə zaman geyinməli və necə geyinməli?

Profiaktik trikotajları varikozun ilk əlamətləri meydana çıxdığı andan etibarən (ayaqlarda ödem, ayaqda ağırlıq hissi, baldırda qıcolmalar, günün ikinci yarısında yorğunluq) geyinmək tövsiyyə olunur. Varikoz xəstəlik diaqnozu artıq qoyulubsa kompression trikotaj -la yanaşı medikamentoz terapiyaya başlamaq tövsiyyə olunur.

Elastik damar corablarını səhər ayağa qalxmamış geyinmək məsləhətdir. Bəzi mütəxəssislər yuxudan durduqdan sonra qan dövranının yenilənməsi üçün bir az gəzdikdən sonra bir neçə dəqiqə uzanıb ayaqları qaldıraraq geyinməyi tövsiyyə edir. Elastik trikotaj geyinən zaman ayağı aşağı sallamaq tövsiyyə olunmur!

Damar corabını geyinməzdən əvvəl barmaqlardan üzük və digər büjiteriyaları çıxarmalı, ayaqda döyənək varsa dırnaqlar uzundursa kəsmək tövsiyyə olunur ki, corab ilişərək cırılmasın.

Biz hər zaman xəstələrə rezin əlcək alaraq rezin əlcəklə damar corabını geyinməyi tövsiyyə edirik! Xüsusən də yüksək sıxlıqlı (II-IV sinif ) damar corabları -nı əlcəklə geyinmək tövsiyyə olunur ki, cırılmasın və uzunömürlü olsun.

Elastik corabları geyinmə qaydası isə aşağıdakı şəkildə göstərildiyi kimi tərs çevirərək əvvəl pəncə hissəni geyinib dabanını keçirdikdən sonra 8-10 sm-dən bir yuxarı çəkərək geyinmək tövsiyyə olunur

 maxresdefault_copy.jpg

 

Yayda elastik damar corabı geyinmək olarmı?

Ən çox olunan suallardan biri məhz yayda isti havalarda elastik trikotaj geyinməklə bağlıdır. Biz yayda elasik damar corabı çıxararaq heç geyinməməkdənsə heç olmazsa aşağı sıxlıqlı ( I sinif ) elsastik trikotaj geyinməyi məsləhət görürük. Xüsusən də vurğulamaq lazımdır ki,  yayda rahatçılıq üçün açıq ucluqlu elastik corab geyinmək olar.

 

Elastik damar corablarını geyinmək kimlərə olmaz?!

Bütün tibbi məhsullar kimi elastik damar corablar -ın geyinilməsi üçün əks göstərişlər var.  Bunlar:

  • Aşağı ətraflarda dəri tamlığının pozulması
  • Ayaq dərisində iltihabi proseslər
  • Aşağı ətrafların obliterasiyaedici ateroskleroz
  • Şəkər xəstəliyi
  • Endarteriit
  • Aşağı ətrafda oynaqlarda artrit
  • Obilterasiyaedici trombangiit
  • Ürık – ağciyər çatmazlığı

Bütün bu sadalanan hallarda elastik trikotaj geyimindən öncə  fleboloqla konsultasiya olunması mütləqdir.

 

Kompression trikotaja necə qulluq etməli?

     Kompression trikotaj -dan düzgün istifadə olduğu halda müalicəvi əhəmiyyətini saxlayır və  bu tip corabları 6-8 ay geyinmək mümkündür. Damar corabları 30 dərəcə temperaturda əl ilə yumaq tövsiyyə olunur. Yuyucu tozlar və digər kimyəvi təmizləyici məhsulları istifadə etmək əvəzinə zəifqələvi şampunlardan istifadə edilməlidir.

Damar corabı yuyulduqdan sonra ilıq suda yaxalanır, quru dəsmalla bükülərək yüngül sıxılır. Corabın qurudulması quru dəsmalın üzərinə sərilərək çox qaynar yerdə saxlamamaqla həyata keçirilir. Qurudulma prosesi zamanı batareyadan, günəş şüasından və digər isidici cihazlardan istifadə etmək qadağandır!  Corabın yuxarı hissəsində silikon əsaslı zolaqlar varsa onları islatmaq tövsiyyə olunmur, dezinfeksiya məqsədi ilə silikon hissəni pambıqla isladılmış spirtlə silmək olar. Damar corabının iç hissəsində texnoloji sapı dartaraq qoparmaq və ya kəsmək yolverilməzdir! Bütün qaydalara əməl etdikdə corabın ömrü 6-8 ay uzadılmış olur.

 

Yekun olaraq kompression trikotajın faydaları haqqında:

  • Aşağı ətrafda venoz və limfatik ödemi götürür
  • Mikrosirkulyasiyanı yaxşılaşdırır
  • Varikoz xəstəliyin proqressivləşməsi -nin qarşısını alır
  • Dərin vena trombozu -nun yaranmasının qarşısını alır

 

"Elastik damar corabı" geyindiyiniz müddətdə ayağın xarici görünüşü normallaşacaq, damarlar dəridən qabarmayacaq, qan axını normallaşacaq və xəstəliyin proqressivləşməsi prosesi ləngiyəcək. Oturaq həyat tərzi və dayanıqlı (statik) ayaq üstə həyat tərzi keçirənlərə adi kalqotka əvəzinə profilaktik damar corabı geyinməyi tövsiyyə edirik.

Sizlərə sağlam həyat tərzi arzulayırıq və yaranan xəstəliyi müalicə etdirmək əvəzinə qarşısını almağı tövsiyyə edirik.

 

Ətraflı məlumat üçün link-ə toxunun >> https://wa.me/+994554648555

 

 

 

 

 

 

#varikozdamarcerrahi #varikozdamarcorabi #damargenislenmesi #varikozcorabiqiymeti