Varikozun yaranma səbəbləri

Varikozun yaranma səbəbləri nələrdir?

 

Varikozun yaranmasının əsas səbəbi venalarda qapaq aparatının zədələnməsidir.

Belə ki, qapaq aparatı normada qanın ayaqlardan ürəyə doğru biristiqamətli axınını təmin edir. 

Картинки по запросу gif варикоз

Venanın qapaq aparatı zədələndikdə ürəyə doğru qalxan qanın bir hissəsi geriyə axır. 

Bəs varikozun yaranmasına səbəb olan amillər hansılardır?

1. Hamiləlik.

Qeyd etmək lazımdır ki, hamiləlikdə varikoz  50% hallarda geri dönən xarakter daşıyır. Hamiləlikdə varikozun yaranma səbəbləri :

  • Hamilə orqanizmdə ümumi sirkulyasiya edən mayenin 20-30% artması;
  • Uşaqlığın böyüyərək kiçik çanaq venalarını sıxaraq, qanın aşağıdan yuxarı normal axınına mexaniki olaraq mane olması;
  • Progesteronun (hamiləlik hormonu) miqdarının hamiləliyin sonunda artıması və bütün birləşdirici toxumaların, o cümlədən venaların divarının  “yumşalmasına” səbəb olması.

  Картинки по запросу "беременность и варикоз""

Beləliklə qanın həcminin artması, dölün çanaq venalarını sıxması və damar divarının zəifləməsi sonda hamiləlikdə varikozun yaranmasına gətirib çıxarır.

2. İrsi meyillik


images_5.jpg

Varikozdan əziyyət çəkənlərin 25%-nin yaxın qohumları varikoz, babasil, varikozsel, yastıpəncəlik, qarın yırtıqları, skolioz, miopiya kimi xəstəlilərdən əziyyət çəkir.   

3. Həyat tərzi (oturaq və statik həyat tərzi).

Пластическая операция вернула человеку его лицо

Məsləklə əlaqədar uzun müddət ayaq üstə duran povar, bərbər, ofisiant, cərrahlar, ofis işçiləri varikoz riski qrupuna aid edilir

4. Piylənmə.

images_6.jpg

Piylənmə zamanı qarındaxili təzyiq artır və piy toxuması artıq olduğu üçün qanın yuxarı qalxmasında mexaniki çətinlik yaranır.

5. Qarındaxili təzyiqin artması.

images_1.jpg

Xroniki qəbizlik, prostat adenoması, xroniki öskürək, dar alt paltarın daimi geyinilməsi, korsetlər qarındaxili təzyiqi artırır. 

6. Yaş həddi.

Картинки по запросу "старость иллюстрация"

Yaşlanma ilə əlaqədar damar divarıqapaqlar öz elastikliyini ititrərək varikozun yaranmasına zəmin yaranır.

7. Dərin venaların trombozu
Картинки по запросу "тромбоз глубоких вен""

 Dərin venaların trombozu zamanı kommunikant (əvvəl fəaliyyət göstərməyən) venalar işə düşür.

8.Yastıpəncəlik (a), valqus deformasiya (b).

valgusnaya-ustanovka.jpg

Statistik araşdırmalar göstərir ki, bu tip xəstələrin 34 %-i varikozdan əzaiyyət çəkir.

9.Aşağı ətraflarda travma və immobilizasiya (gips longet və ya İlizarov aparatında qalma)

Картинки по запросу "гипс на ноге""

10. Kontraseptiv və digər hormonal dərman qəbulu varikozun yaranmasına fon yaradır.

Картинки по запросу контрацептивы и варикоз

Bəs varikozun profilaktikası üçün nə etməli?

Bunun üçün vaxtında həkimə müraciət etmək lazımdır.

Əlaqə və ətraflı məlumat üçün linkə keçid edin: https://wa.link/pegv4h