Hipodinamiya və ya "menecer" sindromu

“Menecer” sindromu və ya Hipodinamiya... Oturaq həyat tərzi və ya

 

96322c81cbc1e2932126e035a0039298.jpg

 

fiziki hərəkətsizlik. XXI əsrdə insanlar əməyin avtomatlaşdırılması ilə əlaqədar getdikcə daha çox zamanının böyük hissəsini oturaq vəziyyətdə keçirir. Ofis işi, tıxaclarda saatlarla qalmaq, asudə vaxtlarınızda televizor və ya kompüter qarşısında saatlarla oturmaq...

      Bütün bunlar ürək-damar sisteminin pozulması, oynaq ağrısı, piylənmə və bir çox digər xəstəliklərə fon yaradır. Hipodinamiya (hipokineziya) - uzun müddətli hərəki aktivliyin olmaması ilə səciyyələnən bir haldır.

Hipodinamiya potoloji və funksional olaraq iki yerə bölünür.

Potoloji hipodinamiya zamanı xəstəlik səbəbindən uzun müddət məcburi yataq rejimində olan xəstələrdə, travma ilə əlaqədar olaraq uzun müddətli hərəkət məhtudluğu olan insanlarda, funksional hipodiamiya isə daimi oturaq həyat tərzi keçirən insanlarda (ofis işçiləri və s.) rast gəlinir. Uzunmüddətli hərəki məhtudluq nəticəsində bir çox orqan və sistemlərin fəaliyyəti pozulur, qan və limfa dövranı pozulur. Bütün bunlar, funksional sistemlərin - homeostazın pozulmasına səbəb olur. Hipokineziya zamanı əksər orqan və sistemlərə daimi tonusu saxlamaq üçün sinir impulslarının axını azalır. Bunun sayəsində əzələlər boşalır, venöz təzyiq azalır, maddələr mübadiləsi pisləşir ki, bu da regenerativ proseslərdə böyük dəyişikliklərə səbəb olur. Əzələ işinin əsas parametrləri pisləşir: yığılma funksiyası, tonus, uzunmüddətli aktivliyi davam etdirmə qabiliyyəti, oynaqlarda hərəkət məhdudluğu və s. Hərəkətin məhdudlaşdırılması toxumalarda regenerasiya proseslərini ləngidir, toxumaların qan təchizatının pisləşməsinə, əzələ liflərinin azalmasına və atrofiyasına səbəb olur.

Araşdırmalara görə, fiziki fəaliyyətin məhdudlaşdırılması bütün orqan və toxumaların fəaliyyətinin zəifləməsinə gətirib çıxarır. Potoloji hipodinamiya ilə mübarizədə uzunmüddətli reabilitasiya əvəzolunmaz bir vasitədir. Reabilitasiyanın ilkin əsas şərti fiziki yükün tədricən artırılmasından ibarətdir. Reabilitasion hərəkətlər bütün dayaq-hərəkət sisteminin güclənməsinə, əzələlərdə və orqanlardakı qan dövranının yaxşılaşdırılmasına və psixo-emosional vəziyyətin normallaşmasına yönəldilmişdir. Yadda saxlamaq lazım ki, funksional hipodinamiyanın əsas profilaktikası daimi aktiv hərəkətdir. Müxtəlif fiziki hərəkətlər və idman hərəkətləri əzələ sistemini və dayaq – hərəkət sistemini və bütünlüklə bütün bədəni möhkəmləndirir. Daimi olaraq gündəlik yürüyüş, qaçış, üzgüçülüklə məşqul olmaq, fitnes dərsləri belə sizin sağlamlığınıza müsbət təsir edəcəkdir.

 

 

Tromboflebit

Tromboflebit -dərialtı venoz damarlarda trombun yaranması ilə səciyyələnən iltihabi prosesdir

Tromboz

 

Dərin venaların trombozu dedikdə nə başa düşülür?

Dərin venaların trombozu dedikdə...

Məqalələr
Ünvan

  Davinci Hospital. Yasamal r-nu, Məhəmməd Xiyabani küç 46, Bakı şəh.

  +994 55 464 85 55

[email protected]

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : İstirahət

Facebook