Skleroterapiya nədir?
Skleroterapiya – xüsusi sklerozlaşdırıcı preparatın vena daxilinə yeridilməsi ilə damarın “ yapışmasına” və sorularaq itməsinə əsaslanan bir metoddur. Skleroterapiya proseduru ultranazik iynələrlə aparılır.
Skleroterapiyanın üstünlükləri:
- Təhlükəsizliyi (ətraf toxumalara zərər yetirilmir);
- “Damar uduzcuqları” və retikulyar venaları effektiv olaraq aradan götürülür;
- Skleroterapiya proseduru sonrası dəridə heç bir iz (çapıq, kəsik və s.) qalmır;
- Hospitalizasiya və anesteziyaya ehtiyac duyulmur;
- Əmək qabiliyyətinin itməməsi (skleroterapiya proseduru -ndan dərhal sonra normal həyat tərzinə qayıdış);
- Skleroterapiya proseduru -nun icrasını ilin bütün aylarında etmək keçərlidir (lakin, soyuq fəsildə olunması məsləhətdir).
Beləliklə skleroterapiya sonrası bir neçə ay müddətində arzuolunmaz damarlardan tam qurtula bilərsiniz.
Bütün prosedurlarda olduğu kimi skleroterapiya proseduruna da göstəriş və əks götərişlər mövcuddur.
Skleroterapiyaya göstərişlər hansılardır?
- Teleangiektaziya (xırda ölçülü dəriici damarlar və ya “damar ulduzcuqları”)
- Venoz düyünlər
- Kuperoz
- Retikulyar damarlar
- Lateral varikoz
Skleroterapiyaya əks göstərişlər:
- Sklerozanta (etoksisklerola) qarşı fərdi həssaslığın və allergiyanın olması;
- Hamiləlik və südəmər dövr;
- Ürək qüsurları;
- Prosedur olunacaq sahədə iltihabi prosesin mövcudluğu;
- İnfeksion xəstəliklər;
- Tromboflebit və tromboz;
- Aşağı ətraf arteriyalarının aterosklerozu;
- Prosedur olunacaq sahədə dəri səthinin zədələnməsi;
- Prosedur icra olunacaq retikulyar venanın (və ya "damar ulduzcuğu"nun) qapaq çatmazlığı olan damarla əlaqəli olması.
Skleroterapiya öncəsi nə etməli?
- Hormonal dərman qəbulu ilə bağlı fleboloq -u məlumatlandırmaq;
- Aspirin, trental, ibuprofen və digər iltihabəleyhinə preparat qəbulunu bir həftə öncə dayandırmaq. Bu preparatlar qançırın (hematoma) yaranmasını artırır.
- Prosedur müddətində epilyasiya, lasyon və krem istifadəsini dayandırmaq;
- Skleroterapiya öncəsi gigiyenik duş qəbul etmək, ayaqları antiseptik sabunla yumaq;
- Skleroterapiya proseduruna rahat və geniş paltarda gəlməli;
- Skleroterapiya -ya 1,5 saat qalmış doyunca yeməmək;
- Skleroterapiya -ya 2 gün qlmış alkoqol və tütün məmulatları qəbulunu dayandırmaq.
Skleroterapiya prosedurunun gedişatı necə aparılır?
Skleroterapiya proseduru öncəsi pasient konsultasiya olunur – fleboloq xəstənin şikayətlərini dinləyir, suallar verərək anamnez toplayır, ayaq venalarına vizual və USM doppler ilə baxış keçirdikdən sonra varikoz damar -ın skleroterapiya -ya tabe olub olmamasını müəyyənləşdirir.
Fleboloq əks göstərişlərin olub olmadığını müəyyən edir və skleroterapiya proseduru -na hazırlıq barəsində pasiyenti məlumatlandırır. Skleroterapiya proseduru uzanıqlı şəraitdə aparılır. Skleroterapiya zamanı ultranazik iynələrdən istifadə olunduğu üçün ağrı praktik olaraq hiss olunmur (yüngül sancmalar hiss olunur). Skleroterapiya başa çatdıqdan sonra skleroterapiya -ya məruz qalmış sahə elastik bint -lə sarınır və ya elastik damar corabı geyinilir.
.
Skleroterapiya sonrası:
- Skleroterapiya proseduru sonrası 20-30 dəqiqə gəzmək;
- Avtomobil idarə etməmək (sklerozantın tərkibində spirt var);
- Hər gün gəzintiyə 1-2 saat vaxt ayırmaq;
- Çox oturmaq və uzanmağa məsəhət görülmür;
- 3-4 həftə müddətində isti vanna, sauna və banyo qəbulundan imtina etmək;
- Skleroterapiya proseduru sonrası 1-2 həftə elastik damar corabı geyinmək;
- İlk 3 gün fitnesdən imtina etmək tövsiyyə edilir.
Skleroterapiya proseduru nə qədər çəkir?
Skleroterapiya proseduru 10-30 dəqiqə arası müddətdə davam edir. Hər gəlişdə damarın diametrindən asılı olaraq 3-10 inyeksiya icra olunur. Skleroterapiya seanslarla həyata keçirilir və ən azı 3 gündən bir icra olunur.
Skleroterpiynın yanaşı təsirləri və fəsadları hansılardır?
- Sklerozant yeridilən yerdə qaşınma və urtikar şişkinlik yaranır. Adətən ilk 2-3 saat ərzində çəkilb itir. Az hallarda bir gün davam edir.
- Dəridə damar gedişi boyu keçici dəri tündləşməsi 5-8% hallarda rast gəlinir. Bəzi halda belə piqmentlər bir il davam edir.
- Dəri qabıqlanması 1% hallarda yaranır. İnyeksiya yerində kiçik ölçülü xoracıq yaranır və sağalması üçün 2-3 həftə tələb olunur.
- Allergik reaksiyalar çox nadir hallarda baş verir. Adətən digər dərman maddələrinə qarşı allergik reaksiyası olan pasiyentlərdə yaranır.
- Sklerozantın təsirinə məruz qalmış damarda çox nadir hallarda damar boyu ağrı meydana çıxır. Belə ağrılar adətən skleroterapiya sonrası fiziki işlə məşqul olanlarda yaranır. 3-10 gün ərzində sorularaq itir.
- Nadir hallarda metting adlanan ağırlaşma – qırmızı damar toru meydana çıxır. 2-3 həftə müddətində müalicə tələb etmədən itir.
- Qısamüddətli topuqətrafı ödem məhz topuqətrafı nahiyəyə inyeksya olunduqda meydana çıxır və müəyyən müddətə çəkilərək itir.
- Tromboflebit – venanın iltihabı – 1000 pasiyentdən birində meydana çıxır. Müalicə ilə aradan qaldırılır.
- Nadir hallarda öskürək və keçici göz tütülması baş verir ( yüksək doza tətbiq edildikdə)
Klinikamızda maye skleroterapiya ilə yanaşı köpük skleroterapiya – “Foam-form” üsulundan istifadə olunur.
Bu üsulun əsasında Tessari üsulu ilə maye formalı dərmanı (sklerozantı) köpük formasına gətirmək durur.
Köpük skleroterapiyanın üstünlükləri:
- Venoz damar divarı ilə kontakt dəfələrlə artmış olur;
- Preparatın konsentrasiyası saxlanmış olur;
- Preparatın qanla qarışması praktik olaraq olmur;
- Damar diametrindən asılı olaraq bütün damarları bağlamaq mümkünlüyü
#skleroterapiya #exoskleroterapiya #kopukskleroterapiya #bakidaskleroterapiya #skleroterapiyaqiymeti #skleroterapiyaninehemiyyeti #varikozunyaranmasebebi #fleboloq #yaxsifleboloq #damarulduzcuqlari #varaikozdamargenislenmesi #venalazermerkezi #venalazer #lazerdamaremeliyyati #varikozunmualicesi #skleroterapiyaninqiymeti #damar genislenmesinin tebii mualicesi #kisilerde varikoz damar genislenmesi #varikoz ucun mazlar #varikozun evdə müalicəsi #varikoz damar hekimi #ayaqda trombun mualicesi #damar xestelikleri #damar partlamasinin sebebi