Varikozda skleroterapiyanın əhəmiyyəti

Varikozda skleroterapiyanın əhəmiyyəti

Skleroterapiya – “damar uduzcuqlarınınretikulyar venaların daxilinə xüsusu sklerozlaşdırıcı preparat yeritməklə damarın bağlanması üsuludur. Bu üsul bütün dünyada qəbul edilmiş “qızıl standart“ hesab olunur.

damar_ulduzcuqlari.jpg

Dərmanın təsirinə məruz qalmış damarlar “yapışaraq“ qan dövranından kənarlaşdırılır və tədricən sorularaq itir.

Skleroterapiya seanslarla həyata keçirilir, skleroterapiyada seans sayı damarların miqdarından və diametrindən asılı olaraq dəyişir.

Skleroterapiyanın üstünlükləri :

  • Skleroterapiyanın ağrısız olması
  • Skleroterapiyanın qeyri–travmatikliyi
  • Skleroterapiyanın ambulator aparılması (15-20 dəqiqə vaxt alır)
  • Skleroterapiyanın kəsiksiz aparılması
  • Skleroterapiyanın yüksək kosmetik effektivliyi

Skleroterapiya sonrası 1-2 həftə elastik corab geyinmək tövsiyyə olunur.

Damar ulduzcuqları-nın bağlanmasında (skleroterapiya proseduru) krio lazer üsulu da tətbiq olunur. 

 

Eyni zamanda ayaqda həm “damar ulduzcuğu “ və varikoz varsa nə etməli?

Belə halda pasientə etap müalicə  tətbiq edilir.                                                                                                                               

I- etap  cərrahi əməliyyat  (LAZER ablasiya ,RF ablasiya ,PİN – stripper və ya miniflebektomiya) icra edilir. 

II- etap skleroterapiya tətbiq edilir.

Bizim mərkəzdə skleroterapiyanın bir neçə üsulundan istifadə edilir.

  • Mikroskleroterapiya (maye və ya köpük formada)

skleroterapija.jpg

 Ultranazik iynələrdən istifadə edilərək damar daxilinə sklerozant yeridilməklə damar qapadılır.

  • Exoskleroterapiya

13050_img-20180503-wa0004-300x324.jpg

Ultrasəs müayinə nəzarəti altında köpük sklerozant damar daxilinə yeridilərək damar bağlanılır. Exoskleroterapiya prosedurun üstünlüyü damarların  (eləcə də böyük diametrli damarların) bağlanmasını izləmək imkanının olmasından ibarətdir.

Skleroterapiyada seans sayı damarların miqdarından və diametrindən asılı olaraq dəyişir.

Skleroterapiya prosedurunun gedişi:

Skleroterapiya proseduru öncəsi fleboloq ilə konsultasiya aparılır. Həkim şikayətləri dinləyir, suallar verir, aşağı ətraf venalarının USM doppleri icra edir və əks göstərişin olub olmadığını müəyyən edir. Skleroterapiya proseduru uzanıqlı vəziyyətdə aparılır və skleroterpiya proseduru sonrası elastik trikotaj geyinilir.

Skleroterapiya öncəsi:  

  1. Skleroterapiya proseduru menstruasiya zamanı, menstruasiyaya 5 gün qalmış və 3 gün sonra aparmamaq məsləhətdir;
  2. Skleroterapiya proseduruna 2 gün qalmış və iki gün sonra tütün məmulatı və spirtli içki qəbulunu dayandırmaq məsləhət görülür
  3. Skleroterapiya proseduruna 3 gün qalmış qandurulaşdırıcı dərmanların (aspirin, varfarin və s.) istifadəsini dayandırmaq;
  4. Skleroterapiya proseduruna öncəsi həkimi hər hansı hormonal preparatların qəbulu (kontraseptiv, estrogen və s.) barədə məlumatlandırmaq;
  5. Skleroterapiya proseduru öncəsi  elastik trikotaj seçimi etmək;    

 Skleroterapiya günü:                                                                                                                               

  1.  Skleroterapiya  günü gigiyenik duş qəbulu;
  2.  Skleroterapiya  proseduru günü lazer epilyasiya, lasyon və krem istifadəsinin aparılmaması;
  3.  Skleroterapiya  proseduruna 1,5 saat qalmış doyunca yeməyərək gəlmək;
  4.  Skleroterapiya  proseduruna rahat və geniş geyimdə gəlmək tövsiyyə olunur.

Skleroterapiya sonrası:

  1. Skleroterapiyadan sonra 30-40 dəqiqə gəzinti məsləhət olunur
  2. Skleroterapiyadan sonra Iki həftə elastik bint və ya elastik corab geyinməli ( yatan zaman çıxarmaq olar)
  3. Skleroterapiyadan sonra gündəlik 1-2 saatdan az olmayaraq gəzinti tələb olunur
  4. Skleroterapiyadan sonra uzunmüddətli oturmaq, ayağı ayağın üstünə aşırmaq məsləhət görülmür;
  5. Skleroterapiyadan sonra prosedurun 2-ci sutkasında ayaqları yumağa icazə verilir.
  6. Skleroterapiyadan sonra 2 həftə müddətində qaynar vanna qəbulu və 1,5-2 ay müddətində sauna qəbulu tövsiyyə olunmur;
  7. Skleroterapiyadan sonra təkrari baxış 2,4,6-cı həftələrdir. Baxışa gələn zaman elastik corabı özünüzlə gətirməyi unutmayın!
  8. Skleroterapiyadan sonra növbəti baxışlardan boyun qaçırmaq həkimi pasiyent üzərində cavabdeh olmaqdan azad edir!

Nəticələri şəkillər

 Əlaqə üçün keçid edin : https://wa.link/pegv4h