Varikoz damar əməliyyatları

Bizim mərkəzdə "VARİKOZ DAMAR ƏMƏLİYYATLARI" icra edilir

Varikoz -dan azad olmaq üçün müxtəlif prosedurlardan kompleks şəkildə istifadə olunur.

Bunlardan:

Radiofrekans ablasiya 

- Endovenoz lazer ablasiya

- «PİN stripping» üsulu ilə flebektomiya

- Miniflebektomiya

- Exoskleroterapiya tətbiq olunur.

 

1. Endovenoz Lazer Ablasiya  

Yüksək kosmetik effekt əldə etməyə imkan verən müasir metoddur.

maxresdefault_2.jpg

"Endovenoz lazer ablasiya əməliyyatı" kəsiksiz, tikişsiz, nakozsuz, ağrısız və qospitalizasiya olunmadan icra edilir. Varikoz -dan 1 gün içində yaxa qurtarmış olursuz.

1d77108e7c7789c9ae4f896b0438769a.png

Endovenoz lazer ablasiya yəni "LAZER DAMAR ƏMƏLİYYATI" necə aparılır?

Lazer ablasiya iki etapda aparılır:

I-etap

Xüsusi angiokateter ilə varikoz damar punksiya olunaraq kateter (FİBER) damar daxilinə yeridilir və damar termiki təsirə məruz qalaraq yandırılır. 6-12 ay müddətində termiki təsirə məruz qalmış damar sorularaq itir.


lazer-evlk_copy_copy.jpg

 II-etap

Üzdə görünən damarlar 1-2 mm lik dəlikdən xüsusi alətin köməyi ilə ləğv edilir (miniflebektomiya)

mikroflebektomiya1-min_copy.png

 c13010615137f13f6cab91a2e3ef7314_copy.jpg

Endovenoz lazer ablasiyanın yəni  (LAZER DAMAR ƏMƏLİYYATI) üstünlükləri nədədir?

- ağrısız olması

- kəsiksiz

- narkozsuz

- hospitalizasiya olunmadan

- əmək qabiliyətini itirmədən

Əməliyyat bütün gedişi boyu ultrasəs müayinəsi nəzarəti altında aparılır

61-360x243.jpg 

Ənənəvi üsuldan fərqli olaraq ağırlaşmalar minimaldır

Mərkəzimizdə alman istehsalı olan 1470 nm-lik  radiar Biolitek cihazından istifadə edilir.

generator2 1

 Konsultasiyaya  yazılın

2. Varikozun radiofrekans ablasiya ilə  ləğvi ən son effektiv metoddur.

Prosedur ABŞ istehsalı olan COVİDEN cihazı ilə aparılır.

JCutanAesthetSurg_2012_5_2_104_99443_u15.jpg

Radiofrekans ablasiya prosedurunun üstünlüyü ondan ibarətdir ki, aparat temperaturu özü tənzim edir və bu da proseduru daha aşağı riskli etmiş olur. Bir ayaq üçün 30-60  dəqiqə tələb olunur. Əməliyyat sonrası pasiyent 1 saat stasionarda müşahidə altında qaldıqdan sonra evə buraxılır.

RF ablasiya digər metodlardan üstünlüyü nədədir?

Radiofrekans ablasiya üsulu

  • Yüksək dəqiqlik və effektivlik
  • Yüksək təhlükəsizlik (ətraf toxumalar zədələmir)
  • Yerli keyləşmə ilə aparılması
  • Yüksək kosmetik effektivlik
  • Ambulator aparılması
  • Ə/sonrakı dövrdə reabilitasiya tələb olunmaması ilə səciyyələnir.

laser treatment GIF

3. "PİN STRİPPİNG" üsulu ilə flebektomiya

"PİN STRİPPİNG" flebektomiya (yəni damarın açıq üsulla kəsiklə ləğvi)  xüsusi alət olan "PİN STRİPPER" vasitəsilə varikoz damarın ləğv olunmasına əsaslanır. Əməliyyatın "Bebcock" üsulundan fərqi və özəlliyi venoz damarın invaginasion yəni "corab" kimi çevrilərək çıxarılmasına əsaslanır, bununla da ətraf toxumaların  zədələnməsi  digər açıq üsullardan daha minimaldır və əməliyyatdan sonrakı dövr demək olar ki, ağrısız keçir.

 83_1200x900_90.jpg

Açıq əməliyyatın icrasına göstəriş əsasən  iki səbəbdəndir:

1- venoz damarın qıvrımşəkilli olması

2- venoz damarın diametrinin  2 sm-dən böyük olması 

 

4. EXOSKLEROTERAPİYA nədir?

 İri ölçülü damarlar exoskleroterapiya ilə aradan qaldırılır. Prosedur xüsusi sklerozlaşdırıcı preparatın venoz damar daxilinə yeridilərək damar divarının  “yapışmasına” əsaslanır. Prosedur əvvədən sona kimi USM nəzarəti ilə aparılır. Bu üsul həmçinin gözlə görünməyən varikoz damarların bağlanmasında əvəzedilməzdir. Exoskleroterapiya həmçinin residiv varikozun qarşısını almaqda əvəzolumaz bir metoddur.

kak_vyglyadit_ehoskleroterapija-e1500189820691_copy.jpg

Exoskleroterapiya ambulator, ağrısız qeyri-travmatik olması ilə səciyyələnir. Prosedur sonrası 3-4 həftə elastik corab geyinmək mütləqdir.

Bəs varikozun yaranmasının qarşısını almaq və  profilaktikası üçün nə etməli?

 

Əlaqə və ətraflı məlumat üçün whatsappa keçid edin: https://wa.link/pegv4h