Limfostaz

Limfostaz nədir?

Limfostaz limfa axınının pozulması nəticəsində toxumaarası mayenin durğunluğundan yaranan yumşaq toxumaların xroniki ödemidir. Limfatik ödem, limfostaz, limfedemma, filayaqlılıq kimi adlarlarla da tanınır. Limfostaz uzun illər müalicə olunmadıqda bir mərhələdən digərinə keçərək, sonda ayaqların funksiyasının itməsinə səbəb olan, əlilliklə nəticələnən ciddi ağırlaşma sayılan filayaqlığa gətirib çıxarır.

I mərhələ

Keçici (geridönən) ödem. Bu zaman axşama yaxın şişkinlik artır, səhərlər isə çəkilir.


554.jpg


II mərhələ

Daimi yumşaq ödem. Bu zaman şişkinlik yumşaq olur təzyiq etdikdə barmaq izi qalır.

lymphostasis.jpg


III mərhələ

bərk ödem - toxumaların fibrozu yaranır və təzyiq zamanı barmaq izi qalmır.

slonovost-nog-foto.jpg



IV Filayaqlıq

03_05_2011.jpg

Limfostaz hansı səbəblərdən yaranır?
   Xəstəlik iki səbəbdən baş verir
- Anadangəlmə heç bir səbəb olmadan
- Qazanılma - Infeksion xəstəliklər sonrası (qızılyel xəstəliyi sonrası), travma sonrası, onkoloji əməliyyatlar sonrası.

Hansı mərhələdə limfostaz müalicə olunmalıdır?
Limfostazın müalicəsi təxirə salınmadan erkən dövrdən aparılmalıdır. I və II mərhələ müalicəyə tabe olan mərhələlər hesab olunur. Sonrakı mərhələdə və ağırlaşmaların olduğu halda limfostazın müalicəsinin  effektivliyi aşağı düşür. 

 

 Əlaqə və ətraflı məlumat üçün linkə keçid edin: https://wa.link/pegv4h

 

 

 

 

#limfostaz #varikozdamaremeliyyati #varikozdamarproblemi #ayaqlardasiskinlik #usmdoppler