Varikozda Tromboflebit

"Varikoz xəstəliyi" təhlükəli ağırlaşmalarından biri

"Varikoz Xəstəliyi" təhlükəli ağırlaşmalarından biri də səthi və dərin venalarda trombun (tromblaşmanın) yaranmasıdır.

 

Tromboflebit

Bizim mərkəzin əsas istiqamətlərindən biri də tromboflebitdən əziyyət çəkən xəstələrin müalicə olunmasından və tromboflebitin profilaktikasından ibarətdir.

 

Pasiyentlərin həkimə müaraciyət etmələrinin başlıca səbəblərindən biri tromb üzərində qorxunun olmasındandır!
Hər kəsə bəllidir ki, varikoz xəstəlik təhlükəli olmasa da onun ağırlaşmaları – tromboflebit (varikotromboflebit) və tromboz ölümlə nəticələnə biləcək ağırlaşma hesab edilir.

Xəstəliyin müalicəsi klinikamızda müasir protokol üzrə həyata keçirilir. 

Aşağı ətrafların tromboflebitinin aşkarlanması və müalicəsi üçün bizə müraciət edə bilərsniz.

Əlaqə və ətraflı məlumat üçün linkə keçid edib whatsapp vasitəsi ilə əlaqə yaradın: https://wa.link/pegv4h 

DƏRİN VENALARIN TROMBOZU

 

Dərin venalarda tromb nə üçün təhlükəli hesab edilir?

Dərin venaların trombozu dedikdə adından göründüyü kimi dərin venalarda trombun qan laxtasının yaranması nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki ayaqlarda ən vacib damarlar məhz dərin venalar -dır, hansı ki, qanın ürəyə daşınmasında 90% yük məhz bu damarların üzərinə düşür. Dərin venalarda qan axını sürəti çox olduğundan bu damarlarda tromb kütləsi yarandıqda qopma təhlükəsi çox yüksəkdir. Qopma hallarında tromb kütləsi ürəyə oradan isə ağ ciyər arteriyalarına keçərək (trombemboliya) sonuncunun qapanmasına səbəb olaraq anidən ölümlə nəticələnə bilər.

Dərin venaların trombozu keçirmiş pasiyentdə qapaqlarda zədələnmə baş verdiyindən aşağı ətraflarda venoz durğunluq yaranır və uzun illər müalicə olunmadıqda çətin sağalan trofiki xora ilə nəticələnən postrombotik sindrom yaranır.

Trombozun əlamətləri hansılardır?


Aşağıdakı simptomlar ayırd edilir:
Ayaqlarda ödem
• Dərinin rənginin göyümtül rəngə çalması
• Kəskin ağrının olması

Əgər sizdə və ya yaxınlarda belə bir şikayətlər yaranıbsa ağırlaşma gözləmədən həkim qəbuluna yazılmanızı tövsiyyə edirik.

 

Əlaqə və ətraflı məlumat üçün whatsappa keçid edin: https://wa.link/pegv4h 

 

Trombozun diaqnostikası və müalicəsi necə aparılır?

 

Xəstəliyin diaqnostikası dərin venaların USM doppler ilə müayinəsindən, qandan bir neçə analiz verməkdən ibarətdir.
Dəqiq diaqnoz qoydulduqdan sonra həkim müalicə tətbiq edir. Əksər hallarda dərin venaların trombozu keçirmiş xəstələrə konservativ müalicə təyin edilir. Dərin venalarda trombozun cərrahi müalicəsi xüsusi həyati göstərişlər olduqda aparılır.

 

POSTROMBOTİK SİNDROM

Postrombotik sindrom – dərin venaların trombozu sonrası yaranan simptomokompleksdir. Xəstəlik özünü aşağı ətrafda venoz durğunluq ilə göstərir.

Postrombotik sindromun fəsadları hansılardır?


Dərin venaların trombozu keçirmiş pasiyentdə qapaq aparatı zədələnir və bunun nəticəsində ürəyə qalxan qanın bir qismi geri qayıdır, bununla da aşağı ətrafda venoz durğunluq formalaşır.
Postrombotik xəstəlik sürətli proqressivləşən xəstəlik hesab olunur. Xəstəlik fonunda aşağı ətrafda daimi şişkinlik, ağırlıq, ağrı, dartılma hissi formalaşır. İllər keçdikcə sağalmayan trofiki xoralar meydana çıxır və bununla da pasiyentin əmək qabiliyyəti, həyat tərzi kəskin pisləşir və sonda əlilliyə gətirib çıxarır.

Postrombotik sindromun əlamətləri:
• Ayaqlarda ağırlıq dartılma hissi
• Ayaqlarda ağrı
• Ayaqlarda ödem – şişkinlik
• Dərinin qalınlaşması və rənginin qaralması
• Ayaqlarda yorğunluq hissi
• Dərialtı venaların genişlənməsi

Bütün bu əlamətlər özünü qabarıq biruzə verir

Картинки по запросу "постромботик синдром"
Xəstəlik müalicə olunmadıqda sürətlə proqressivləşərək venoz trofiki xoranın yaranmasına səbəb olur. Postrombotik sindrom fonunda yaranmış trofiki xoralar müalicəyə çətin tabe olur.

DİAQNOSTİKA
Postrombotik sindromun diaqnozu fleboloqun baxışı və uzm dopplerə əsasən qoyulur.
Bundan sonra müalicə taktikası seçilir.

MÜALİCƏSİ:
Postrombotik sindromun müalicəsi venoz durğunluğun aradan qaldırılmasına əsaslanır. Postrombotik sindromun müasir müalicəsi venoz durğunluğun proqressivləşməsinin (artmasının) qarşısını almağa və trofiki xoralar, təkrari trombozun yaramasının qarşısının alınmasına yönəlir. Bunun üçün daimi konservativ müalicə təyin edirik. Çox nadir hallarda cərrahi əməliyyat tətbiq edilir.

 

Konservativ müalicə dedikdə hansılar nəzərdə tutulur ?
* Elastik kompressiya 2 və ya 3 klass.
* Təkrari trombozun yaranmasının qarşısını almaq üçün antitrombotik terapiya ( göstəriş olduqda)
* Venatonik dərmanların tətbiqi


VARİKOZUN MÜALİCƏSİNİ TƏXİRƏ SALMAYIN 

Əlaqə və ətraflı məlumat üçün whatsappa keçid edin: https://wa.link/pegv4h