Venoz xoralar


Venoz trofiki xoraların müalicəsi mərkəzimizin əsas istiqamətlərindən biridir.

 


Aşağı ətrafların venoz trofiki xoraları əsasən iki xəstəlik fonunda yaranır.
1. Varikoz xəstəliyin fonunda
2. Dərin venalarda baş verən tromb sonrası (Postrombotik sindrom)

 
varikoz_xora-min.jpg


Trofiki xoranın müalicəsinin nəticələri üçün keçid edin : https://www.instagram.com/varikozdamarcerrahi/ 

Trofiki xoranın hansı əlamətləri var və necə yaranır?


Piqment ləkəsinin yaranması. İlk anlar topuğun iç səthində ( az hallarda isə bayır topuğun üzərində) dəri tündləşir. Bu hal qaşınma və ödemlə müşaiyət olunur. Müalicə olunmadığı halda isə dəri üzərində bir neçə kiçik xoracıqlar yaranır və bir müddətdən sonra bu xoracıqlar birləşərək böyük bir venoz xoraya çevrilir. Yaranmış venoz xora üzərinə infeksiya düşərək xoranın irinləməsinə, ağrı verməsinə gətirib çıxarır.


Trofiki xoranın müalicəsində nədən başlamalı?


 Varikoz xoranın  əsas müayinə metodu məhz ultrasəs müayinəsi hesab olunur. 
Bizim klinikada varikoz xoradan əziyyət çəkən bütün pasiyentlərə ultrasəs müayinəsi tətbiq etməklə xəstəliyin mərhələsi və müalicə metodu fərdi qaydada seçilir. Əksər hallarda trofiki xora -ların yaranmasına varikoz xəstəliyin gecikmiş halları səbəb olur.


Müasir ultrasəs müayinəsi cihazları xəstəyə dəqiq diaqnoz qoymağa və düzgün müalicə taktikasını seçməyə imkan verir.

Varikoz xoralarda hansı müalicə metodu və müalicənin növləri tətbiq olunur?
1. Miniinvaziv cərrahi müalicə;  endovenoz termal ablasiya (lazer və ya radiofrekans ablasiya)  yerli anesteziya altında aparılır. Ultrasəs müayinəsi altında venoz xoranı qidalandıran iri ölçülü damarların bağlanması köpük skleroterapiya xüsusi dərmanla həyata keçirilir. Diabetik trofiki xoralar xəstəliyə qoşulduğu halda yanaşı olaraq şəkərli diabet də müalicə olunur.                                                               

2. Autodermoplastika - əgər xəstədə böyük ölçülü trofiki venoz xora varsa dəri köçürmə tətbiq edilir. Belə halda xəstənin xəstəxanada qalmasına ehtiyac yaranır.
3. Konservativ və yerli müalicə venoz trofiki xorada iltihabi prosesin və ağrı sindromunun aradan qaldırılması üçün tətbiq edilir.
4. Kompression terapiya. Uğurlu müalicənin əldə olunması üçün kompression terapiya müalicənin əsasını təşkil edir.

 

Sizdə hər hansı venoz xoraya şübhə olduğu halda müayinəyə yazılaraq klinikamıza müraciyət edə bilərsiniz.


Biz müalicələrdən kompleks istifadə etməklə yaranın sağalmasına müvəffəq oluruq. 

Varikoz xora. Varikoz xoranın əsas müalicə metodu- endovenoz termal ablasiya metodlarıdır. Bu metodlar sayəsində refluks – yəni geriyə qan axını durdurulmaqla baldırda olan venoz durğunluq və təzyiq aradan götürülür.
Əməliyyatsonrası ikinci etap müalicə yerli və konservativ müalicədir. Trofiki xoraların müalicəsi ümumiyyətlə uzunmüddətli səbr tələb edən bir yoldur.

Postrombotik xoralar - ən ağır və müalicəyə çətin tabe olan xoralar hesab olunur. Müalicəsi  uzunmüddətlidir. Bu tip xoraların müalicəsində köpük skleroterapiya ilə yanaşı autodermoplastika (dərköçürmə) əsas yer tutur.

Reabilitasiya. Varikozun müalicəsindən sonra pasiyentə daimi elastik damar corabı geyinmək tövsiyyə olunur.

Bizim klinikamızda müasir minitravmatik təhlükəsiz mütodlardan istifadə etməklə venoz trofiki xoralar müalicə edilir.

Müalicə nəticələri şəkillər

 Ətraflı məlumat və əlaqə üçün keçid edin: https://wa.link/pegv4h