Ayaqqabı seçimi varikoza necə təsir edir?

Yadda saxlamaq lazımdır ki, ayaqqabılar xəstəliyin xüsusiyyətlərinə görə seçilməlidir.

Varikoz xəstəliyi səthi dərialtı damarların diametrinin artması və formasının deformasiyası ilə xarakterizə olunur. Varikoz zamanı vena damarı daxilində qapaqlar tam qapanmır və qan geri axır. Nəticədə bədəndə qan dövranı pozulur. Buna görə də ayaqqabı alarkən əməl etməli olduğunuz əsas prinsiplərdən biri də damarlar vasitəsilə qanın normal hərəkətinə mane olmayan ayaqqabı seçimidir. Bunun üçün kifayət qədər sadə qaydalara əməl etməlisiniz.

Baxmayaraq ki, indi qadınlar arasında ən çox dəbdə olan dar ayaqqabılar və çox sıx modellərdir. Nəzərə almaq lazımdır ki,  dar ayaqqabılar ayaqları sıxır və bununla da damarlara təzyiq edərək qan dövranını çətinləşdirir. Bundan əlavə ayaq tağının açılıb bağlanmaması pəncədə venoz durğunluğa səbəb olur. Buna görə də dəbdə olan  ayaqqabılardan imtina etmək və daha sərbəst model seçmək orqanizminiz üçün  çox faydalıdır. Bu tipdə ayaqqabılara geniş əsaslı  hündürlüyü təxminən 3-4 sm olan ayaqqabılara yer verilir. Hündürdaban ensiz ayaqqabılar venoz damarlara əlavə yükdür, belə ki, bu tip ayaqqabılar  baldır əzələsinin ( buna başqa adla “venoz pompa“ da deyilir)  işinə mane olaraq qanın yuxarı qalxmasına mane olur.

Hündürdaban ayaqqabılar varikoz problemlə yanaşı həm də oynaq problemlərinə və qazanılmış yastıpəncəliyə səbəb olur. Bunları nəzərə alaraq  travmatoloqların tövsiyələrini dinləməyi və ayaqqabılar üçün ortopedik içliklərin alınmasını tövsiyyə edirik.  

Bir qayda olaraq, idman ayaqqabılarının istehsalında iştirak edən bütün ciddi şirkətlər, ayaqların yükünü asanlaşdırmaq üçün hazır ortopedik supinatorlu ayaqqabı (arch support) modelləri istehsal edirlər.

Gülşən xanım  Burda ayaq şəkli olsun bir de supinatorlu içlik və ya ayaqqabı

İş şəraiti  və ya başqa səbəblərə görə "zərərli" ayaqqabılardan imtina edə bilməyən xanımlar ayaqlarının qeydinə necə qalmalıdır?

Uzun müddət iş şəraiti ilə bağlı hündürdaban ayaqqabılardan istifadə edən  qadınlar, ayaqlarınızın mütəmadi olaraq istirahət etməsinə icazə verin. Ən az fürsət olan kimi , ayaqlarınızı 10-15, bir də bacarsanız - 40 dəqiqə qaldırın. 30-40 dəqiqə hərəkətsiz oturandan və ya dayanmadan sonra 10-15 dəqiqə gəzmək və ya 10-15 dəfə pəncədən büküb açmağınızı tövsiyyə edirik.

Evə gələrək, kontrastlı duş qəbul edin. Ancaq ayaqların çox isinməsindən  çəkinin. Varikozdan əziyyət çəkənlər çox isti vannalardan çəkinməlidir. Bundan sonra, bir müddət yatmaq, ayaqlarınızı ürək səviyyəsindən yuxarı vəziyyətdə saxlamaq yaxşı olardı. Bütün günü yorğun ayaqları rahatlaşdırmaq üçün axşam ayaqyalın gəzmək yaxşıdır.. Düz ayaqqabı modellərindən çəkinin.

İlkin mərhələlərdə masaj və ya özünü masaj etmək yaxşı kömək edir. Maddi vəziyyətiniz imkan verərsə, evdə yorğunluğu ayaqları qaldıracaq və şişkinliyi aradan qaldıran bir masaj aləti ala bilərsiniz. Bu cihaz da varikoz damarlarının qarşısının alınması üçün çox faydalıdır və bundan bütün ailə istifadə edə bilər.

Xroniki venoz  çatışmazlığından əziyyət çəkənlər üçün faydalı təsir göstərən idman növləri:

  • üzgüçülük,
  • gimnastika,
  • velosiped.

Alternativ olaraq, "velosiped" simulyatorundn istifadə edə bilərsiz. Qaçış, aerobika və tennis ciddi şəkildə ziyandır. Bu idman zamanı qəfil, qəfil hərəkətlər tez-tez damar zədəsi ilə müşayiət olunur.