Varikozun profilaktikası

Varikozun profilaktikası necə aparılır?

Ev şəraitində varikozun müalicəsi:

- evdə uzun müddət ayaq üstə durub iş görmək əvəzinə ayaqlarınızı uzadaraq iş görməklə varikoz -un yaranmasının qarşısını ala bilərsiniz

- əgər varikoz -a genetik meyllilik varsa və ya varikoz inkişaf etməyə başlamışdırsa, günəş vannaları, isti vannalardan, hamam və saunadan sui istifadə etməmək tövsiyyə olunur;

- ağır əşyalar qaldırmaqdan imtina edin: mağazalardan aldığınız məhsulları kiçik təkərləri olan çantalarla daşıyın və ya onların evə gətirilməsinə sifariş verin;

- varikozun profilaktikası - müalicəsi üçün gündəlik kontrast duş qəbul edilməsi əvəzolunmaz effektiv üsullarından biridir. Bunun üçün ayaqlarınızın üzərinə 10-15 dəqiqə ərzində ayaq barmaqlarından qasıq büküşünə doğru olmaqla növbə ilə gah isti, gah da soyuq su şırnağı tökün;

- artıq çəkidən azad olmaq varikozun profilaktikası üçün vacib şərtlərdən biridir;

- dar paltar, rezini dar olan corab geyinməyin. Bu zaman ayaqlarda olan venalar sıxıldığı üçün qanın yuxarı hərəkət etməsi pozulur.

- Daban hissəsinin hündürlüyü 5 sm-dən hündür olan ayaqqabı geyinməyin;

- venoz qan dövranı -nı yaxşılaşdırmaq üçün müntəzəm olaraq xüsusi bədən tərbiyəsi hərəkətləri edin;

ab36f206b1ccec2514e92a479075a131.jpg

İşdə olduqda:

- yazı və ya kompüter stolunuzun altında ayaqların qoyulması üçün taxta dirək olmalıdır. Əgər o yoxdursa, ayaqların altına hündür olmayan kiçik skamya qoymaq olar.

- iş şəraitində uzunmüddətli oturaq tərzi keçirirsizsə oturarkən ayaqlarınızın şişməməsi üçün xüsusi hərəkətlərin aparılması - diz oynağı və ayaq pəncələrinizi aşıq-baldır oynağında hər dəfə 15-20 sayda olmaqla, bükmə-açma hərəkətləri etməniz tövsiyyə olunur

- bir ayağınızı digərinin üzərinə qoymaqla əyləşmək məsləhət deyildir – bu, dizaltı venanı sıxaraq venoz qan axınını çətinləşdirir;

- hər 30 dəqiqədən bir stuldan qalxaraq otaqda iki dəqiqə gəzin, ayqlarınız üçün bəzi hərəkətləri icra edin;

hqdefault.jpg

          Mikulin gimnastikası


Məzuniyyətdə olarkən:

- uzun müddət ərzində təyyarədə uçmaq – ayaq venalarının xeyli dərəcədə yüklənməsinə və mənfi təzyiq venoz damarlarda qanın depolaşmasına səbəb olur. Bu isə tromb -un yaranmasına zəmin yarada bilər. Buna görə də uçuşdan qabaq ayaqlarınıza varikozun profilaktikası üçün xüsusi krem sürtmək və xüsusi kompression trikotaj geyinmək məsləhətdir

- əgər siz, uzun müddət ərzində maşınla getməli olursunuzsa, yola çıxmazdan qabaq ayaqlarınıza varikozun profilaktikası üçün xüsusi krem sürtün; ayaqlarınızın keyləşməsinə imkan verməmək, açılışmasına kömək etmək üçün, mümkün qədər tez-tez olmaqla, maşını yolda saxlayaraq bir qədər gəzişin;

- özünüzu günəş altında uzun müddət qaraltmayın, daha çox kölgədə uzanın. Çimərlikdə istirahət edərkən venoz qan durğunluğu -nun qarşısını almaq üçün hərəkət etmək, üzmək daha çox məslət görülür;    

- yay ayları dövründə kifayət qədər su qəbul etmək ltövsiyyə olunur. Heç bir halda yanğı hissiyyatının sizə əziyyət verməsinə imkan verməyin! Maye çatışmazlığı nəticəsində qanın laxtalanması xeyli dərəcədə artmış olur ki, bu da istənilən anda tromb -un əmələ gəlməsinə səbəb ola bilər!  

Varikozun profilaktikası-müalicəsi elastik kompression trikotaj geyimi ilə  həyata keçirilir. Varikoz müalicəsi -nin bütün növləri elastik damar corab -ların istifadəsi ilə sonlanır. Xroniki venoz xəstəliyin ( XVX ) bütün növlərində - "damar ulduzcuqları" və retikulyar venalar, varikoz genişlənmə, trofiki venoz xoralar, ayaqlarda ödem, dərin venaların trombozu, postrombotik xəstəlik, limfostaz -da elastik corab -lardan istifadə əvəzolunmaz bir üsuldur. Bu üsul tam təhlükəsiz əks göstərişi olmayan bir metoddur. Qeyd edək ki, heç bir elastik bint elastik trikotajı əvəz edə bilməz.

Elastik trikotajlar hansı üstünlüklərə malik olmalıdır?

  • Yüksək keyfiyyətli olması
  • Hipoallergenliyi
  • Dərinin nəfəs alması
  • Pis qoxunun gəlməməsi
  • Davamlılığı (uzunmüddətli olması)

Kompresion trikotaj necə təsir edir?

  • Venoz damarı sıxaraq qapaqların qapanmasına şərait yaradır
  • Qan axınının sürətlənməsinə zəmin yaradır
  • Aşağı ətraflarda qan durğunluğunun qarşısını alır
  • Limfa axınının normallaşmasına şərait yaradır
  • Mikrosirkulyasiyanı yaxşılaşdırır
  • Xəstəliyin proqressivləməini ləngidir


corrrrrab.jpg

Əlaqə və ətraflı məlumat üçün whtsapp >>>>>>> https://www.kisa.link/Nfv5 

 

 

 

 

#varikozunmualicesi #varikozundiaqnostikasi #varikozdasikayetler #varikozdamarcerrahiyyesi #bakidavarikozhekimi