Varikoz xəstəliyi təkcə kosmetik defekt deyil...
Varikoz xəstəliyi uzun illər müalicə olunmadıqda təhlükəli ağırlaşmalar – xroniki venoz çatmazlıqdan tutmuş ölümə səbəb olan ağ ciyər arteriyalarının trombemboliyası ilə nəticələnən tromboz ilə fəsadlaşa bilər.
Varikoz müalicə olunmadıqda hansı fəsadlar yaranır?
Varikozun 5 tip ağrılaşması ayırd edilir:
1- Xroniki venoz çatmazlığı aşağı ətraflarda qan dövranı pozğunluğuna səbəb olan ödem, şişkinlik, ağrı, ağırlıq hissi və gecə qıcolmaları şikayətləri ilə özünü biruzə verən sindromdur.
Müalicəsi cərrahi və konservativ yolladır.
2- Tromboflebit – bu termin altında tromb kütləsinin genişlənmiş dərialtı vena daxilində yaranması başa düşülür. Yerli, lokal, qalxan tromboflebit olmaqla 3 formada rast gəlinir. Qalxan tromboflebit tromb kütləsinin səthi venadan dərin venaya ( bud və ya dizaltı vena ) keçərək ağ ciyər arteriyasının trombemboliyası ilə nəticələnə bilər.
Bəs tromboflebitin əlamətləri hansılardır?
Dəraltı venada tromb kütləsi yarandıqda ilk növbədə damar gedişi boyu ağrı, qızartı, qalınlaşma, bərkimə, istilik kimi yerli əlamətlər meydana çıxır. Varikoz damar şikayətləri meydana çıxdığı halda təcili olaraq fleboloqun konsultasiyası -na yazılmaq (təxirəsalınmaz müayinə və müalicə üçün!) tövsiyyə olunur .
Nə üçün tromboflebit əlamətləri meyana çıxdıqda təcili müalicə tələb olunur?
Yadda saxlamaq lazımdır ki, müalicə olunmadıqda tromb bir sutkada 10-15 sm irəliləyə bilər!
Bunun üçün müalicəyə nə qədər tez başlamış olsaq bir o qədər ağrılaşmasız ötüşə bilərik.
Tromboflebitin müalicəsi necə aparılır?
a) Konservativ müalicə. Pasiyent qəbula ilk əlamətlər meydana çıxdıqda müraciət edərsə müalicə konservativ, yəni cərrahi müalicə tətbiq olunmadan aparılır. Müalicə müddətində pasiyentə təkrari ( ödənişsiz) kontrol ultrasəs müayinəsi olunur.
b) Cərrahi müalicə. Qalxan tromboflebit olduqda yəni tromb sürətlə yuxarı qalxdıqda cərrahi müalicə - krossektomiya icra olunur. Əməliyyatın mahiyyəti trombun dərin venaya keçməsinin qarşısını almaq və ya dərin venaya keçmiş ürəyə qalxacaq trombun çıxarılmasına əsaslanır. Əməliyyatdansonrakı dövrdə pasiyent 1 gün xəstəxanada qalır, növbəti gün fleboloqun nəzarəti altında evə yazılır.
Bizə həmçinin dərin venaların trombozu və yuxarı ətraf tromboflebiti ilə də müraciyət olunur. Keçid tromboflebitə
3-Trofiki xora – uzun illər varikozdan əziyyət çəkən pasiyentlərdə rast gəlinir. Bu halda dəri rəngi tündləşir, qalınlaşır və bu cür xəstələrdə dəridə yüngül zədələnmə baş verikdə çox gec sağalan venoz xoralar yaranır. Trofiki venoz xora əhalinin 0,5 % -də rast gəlinir.
Trofiki xoraların müalicəsi necə aparılır?
- Mini invaziv müdaxilə ( Endovenoz lazer ablasiya, Radiofrekans ablasiya, " Pin -stripping" və s.) keçid
- Köpük skleroterapiya ilə. USM nəzarəti altında xoranı qidalandıran damara dərman yeritməklə damar qapadılır.
- Autodermoplastika – dəri köçürməsi, iri ölçülü venoz xora -ları bağlamaq üçün tətbiq olunur.
- Konservativ və yerli müalicə. Əsas məqsəd prosesi yatırmaq və ağrını götürmək.
- Kompression terapiya müalicənin əsasını təşkil edir.
4- Venoz qanaxma – çox nadir rast gəlinən və ən təhlükəli ağırlaşmalardan hesabedilən bir formadır.
5- Tromboz tromboza keçid
Əlaqə və ətraflı məlumat üçün whtsapp >>>>>>> https://www.kisa.link/Nfv5
#varikozdamarcerrahi 3varikozdaagirlasmalar #bakidafleboloq #varikozucunmazlar #skleroterapiya