Varikozun müalicəsi

Varikoz müalicə olunmalıdır yoxsa...? ( "VARİKOZUN MUALİCESİ VARMI ")?

Çoxları varikoz xəstəliyə sadəcə kosmetik problem kimi yanaşır və belə bir təsəvvür formalaşıb ki, varikoz - illər boyu heç bir ağırlaşma olmadan yaşamaq mümkündür... Bu cür yanaşma səhv yanaşmadır və hətta təhlükəlidir. Elə isə varikoz niyə müalicə olunmalıdır və ya varikozun müalicəsi varmı?

Varikoz damar genişlənməsi nə üçün təhlükəli hesab edilir?

Çoxları üçün varikoz – ayaqlarda dəri altından qabarmış xoşagəlməz yaşıl damarların mövcudluğundan ibarətdir. Lakin nəzərdə saxlamaq lazımdır ki, varikoz xəstəliyi uzun illər müalicə olunmadıqda təhlükəli ağırlaşmalara ( tromb, sağalmayan venoz xora, filayaqlılıq və s.) yol açır və sonda əmək qabiliyyətinin itməsinə - əlilliyə səbəb ola bilir. Dünya praktikasında araşdırmalar göstərir ki, 10-30% hallarda "varikoz xəstəliyi" əlilliklə sonlanır.

Erkən mərhələdə varikoz müalicə olunduqda xəstəlik müalicəyə asan tabe olur və dövrü olaraq profilaktik nəzarət olduqda residivin yaranmasının qarşısını almaq ümümkündür.

 

Bəs varikoz xəstəliyi müalicə olunmadıqda hansı fəsadlar yarana bilər?

  • Xroniki venoz çatışmazlıq. Varikoz xəstəlik daimi proqressivləşən xəstəliklər qrupuna aiddir və heç bir zaman varikoz öz özünə keçmir. İllər keçdikcə xəstəlik proqressivləşir və erkən vaxtlarda ayaqlarda periodik ağrılar, ödem, qıcolmalar getdikcə artır, sonda xroniki venoz çatımazlıq ilə ağırlaşır və şikayətlər daimi xarakter alır.
  • Tromboflebit və ya trombemboliya. "Varikoz xəstəliyinin ağırlaşmaları" -ndan biri də tromboflebit -dir (səthi venalarda trombun yaranması). Venoz damar -ın diametrinin böyüməsi və bunun daxilində venoz qan durğunluğu qan laxtalanmasının yaranmasına zəmin yaradır. Tromboflebit isə öz növbəsində venoz damar -ı tam qapayaraq qan dövranının pozulmasına və ya tormb -un qoparaq anidən ölümlə nəticələnə bilən ağırlaşma - trombemboliya ilə nəticələnə bilər.
  • Venoz trofiki xora. Aşağı ətrafda qan dövranı pozğunluğu dəri qidalanmasının pozulmasına, sonda ətraf toxumalarda və dəridə xoranın yaranmasına səbəb olur. Müalicə olunmadığı halda venoz xoralar öz növbəsində irinləyəyrək fleqmona və ya qanqrena kimi ağır hallarla fəsadlaşa bilər.
  • Varikoz qanaxma. Varikoz uzun illər müalicə olunaraq aradan götürülmədikdə damar genişlənir və damar divarına bitişik olan dəri qidalanması pozularaq nazilir və yüngül qaşınma və zədədən anidən varikoz qanaxmaya səbəb ola bilir. Bu cür qanaxma onun üçün təhlükəli hesab edilir ki, belə qanaxmalar yatan zaman baş verdikdə böyük miqdarda qan itkisinə və həyati təhlükəyə yol açır.

      Bizim mərkəzdə varikozdan azad olmaq üçün müxtəlif prosedurlardan kompleks şəkildə istifadə olunur: Varikozun müalicəsi -ndə mərhələdən asılı olaraq konservativ və cərrahi müalicələr tətbiq olunur.

 

Varikozun dərmanla müalicəsi

Varikozun konservativ müalicəsi  flavonoidlərin və kompression  corablar -ın  tətbiqi ilə həyata keçirilir. Bu dərmanlar varikozu aradan qaldırmasa da, xəstəliyin yaratdığı şikayətləri aradan götürür və ayaqda ödem, şişkinliyin qarşısını alır. Venatonik dərman preparatları həm müstəqil olaraq, həm də əməliyyat və ya skleroterapiya ilə birlikdə tətbiq edilir.

Cərrahi müalicə :

"Varikoz xəstəliyinin müalicəsi" digər cərrahi xəstəliklər kimi yalnız cərrahi yolladır. Varikozunn effektiv müalicəsi üçün klinikamızda kompleks cərrahi müalicə tətbiq edilir:

1. Endovenoz Lazer Ablasiya 

2. Radiofrekans Ablasiya

3. “PİN stripper” üsulu ilə flebektomiya

4. Exoskleroterapiya

5. Miniflebektomiya

Bəs varikoz müalicəsi üçün hansı addımları atmaq lazımdır?

Bunun üçün bir neçə addım atmaq lazımdır:

I  ADDIM

İxtisaslaşmış xəstəxanaya müraciət. Varikoz xəstəlik -lə fleboloq -lar məşqul olur. Yalnız fleboloq -lar venaların düzgün anatomiyasını bilir və kompleks müalicəsi ilə məşquldur. Monoterapiya ilə hər zaman optimal müalicə əldə etmək olmur.

II ADDIM

USM doppler müayinəsi -ndən keçmək. Venoz damar ların düzgün diaqnostikasında USM doppler “qızıl standart “ heab olunur.

III ADDIM

Təklif olunan müalicəni tam olaraq yerinə yetirin. Fleboloq kompeks müalicə təyin edir. Birinci etapda iri kalibrli  damarların enodvenoz lazer ablasiyası, ikinci etapda kiçik kalibrli kapilyarların skleroteraapiya -sı icra olunur.

IV ADDIM

Kompression trikotajın geyinilməsi. Kompressiya hesabına qan dövranı bərpa olunur və müalicə effektivliyi yüksəlir.

V ADDIM

İldə bir dəfə fleboloqun kosultasiyası varikozun residivinin qarşısını alır.

 

Əlaqə və ətraflı məlumat üçün whtsapp >>>>> https://www.kisa.link/Nfv5 

 

 

 

 

 

#varikozunmualicesivarmi #varikozdamargenislenmesi #varikozunmualicesi #bakidavarikozhekimleri #dreminhuseynov #fleboloqeminhuseynov