Varikoz damar xəstəlikləri ilə damar cərrahları və fleboloqlar məşqul olurlar. Xəstəliyin diaqnostikası klinik ( xəstəyə baxış) və instrumental (USM doppler, fleboqrafiya) müayinələrə əsasən qoyulur.
Varikoz damar genişlənməsi -nin ikinci mərhələdən etibarən (CEAR2) müalicəsi yalnız cərrahi yolladır.
Cərrahi müalicə nə qədər tez tətbiq olunarsa bir o qədər yüksək nəticə əldə etmək olur.
Varikozda cərrahi əməliyyat nə zaman tətbiq olunmalıdır?
- Aşağı ətrafda qan dövranının pozulması ( venoz qanın geri axması və ya refluks)
- Sağalmayan venoz trofiki xora -nın mövcudluğu
- Genişlənmiş dəraltı venoz damarlar -ın mövcudluğu
- Yorğunluq və ödemlə müşaiyət olunan varikoz
- Tromboflebit ( səthi dərialtı venada trombun yaranması)
Bəs varikoz damar əməliyyatı sonrası aşağı ətrafdan qan hansı yolla axmağa davam edir?
Pasientlər tərəfindən ən çox verilən sullardan biri də varikoz damar əməliyyatı sonrası qan hansı yolla axmağa davam edir sualına cavab olaraq, qeyd edək ki, əməliyyat zamanı yalnız dərialtı (köməkçi) “xəstə” venoz damarlar çıxarılır və ya “qurudulur” və bu damarlardan qanın cəmi 10%-i axır. Yerdə qalan 90% qan axını isə dərin (ana) venalar və kommunikant venaların üzərinə düşür və əməlyyat sonrası bu damarlar 10% qan axınını asanlıqla öz üzərinə götürür.
Varikozda hansı cərrahi əməliyyat növü üstündür?
Müasir flebologiya -da varikozun cərrahi müalicəsi ənənəvi (açıq cərrahi) və miniinvaziv metodlar vasitəsi ilə həyata keçirilir.
- Ənənəvi cərrahi müalicə ümumi aneseziya və ya regional (spinal, epidural) anesteziya ilə həyata keçirilir. Pasient bir gün klinikada nəzarətdə saxlanılır və növbəti gün ambulator müalicəyə buraxılır.
- Miniinvaziv metodlarda (lazer ablasiya, radiofrekans ablasiya və s.) isə prosedur kəsiksiz, narkozsuz, praktik olaraq ağrısız icra olunur və varikoz damar termiki işlənərək bağlanılır. Pasient bir saat klinikada nəzarətdə saxlandıqdan sonra ambulator müalicəyə buraxılır.
Hər iki üsulda prosedurun mahiyyəti potoloji qan axınının ( dərin bud venasından qanın səthi varikoz damara axmasının) qarşısının alınmasına və qanın bir istiqamətdə axınına əsalanır.
Varikoz damar genişlənməsi zamanı hansı əməliyyat növləri mövcuddur?
- Flebektomiya. Bu üsulda birinci etapda qasıq büküşündə (dizaltı nahiyyədə) 3-8 sm ölçülü kəsik aparılır və varikoz genişlənmiş damar -ın bud venasına keçid yerindən bağlanılaraq kəsilir. Bu mərhələ krossektomiya adlanır. İkinci etapda isə varikoz genişlənmiş damar xüsusi alətlərin köməyi ilə bütöv şəkildə çıxarılır. Əməliyyat varikoz damarın miqdarından asılı olaraq 30-120 dəqiqə çəkir.
- Miniflebektomiya. Bu üsulun klassik flebektomiya -dan fərqi kəsik aparılması əvəzinə dəridə dəliklər açaraq damarın xüsusi qarmaqşəkilli alətlərlə çıxarılmasına əsaslanır. Bununla da bu prosedurla yüksək kosmetik effekt əldə olunur və reabilitasiya dövrü qısalır.
- Qısa strippinq - venoz damar -ın yalnız genişlənmiş bud seqmenti xüsusi alətlə çıxarılır. Fleboloq iki dəlikdən venoz damarı ləğv edir. Bu metod yüksək kosmetik effekti ilə səciyyələnir.
- Endovenoz termal ablasiya. Termal ablasiyanın əsas iki üsulu geniş yayılmışdır. Bunlardan Endovenoz lazer ablasiya və radiofrekans ablasiya hesab olunur. Hər iki üsul yüksək kosmetik effektivliyi ilə fərqlənir və hospitalizasiya, narkoz, regionar anesteziya tələb olunmur.
Əməliyyat sonrası pasiyentlərə müalicə effektini artırmaq üçün elastik damar corabı və flebotrop - varikoz dərman preparatları təyin olunur.
Cərrahi əməliyyat varikozda ən effektiv üsul sayılsa da xəstəlikdən ağırlaşma və residiv ( yenidən yaranma) hələ də aktuallığını itirməyib.
Məhz bunu nəzərə alaraq bizim mərkəzdə varikoz əməliyyatı keçirmiş pasiyentlərə əməliyyat sonrası 5 il müddətində ildə bir dəfə olmaqla ödənişsiz kontrol baxış və müalicə tətbiq olunur !
Varikozun diaqnostikasina kecid bir de ki yazılmağa votsapa
.