Flebektomiya ( PIN stripper)

Bildiyimiz kimi varikozun müalicəsində həm açıq ( kəsiklə) həm də qapalı (endovenoz lazer ablasiya, radiofrekans ablasiya) üsullardan istifadə edilir. Müasir flebologiyada qapalı üsullar çox istifadə edilsə də bəzən damarların anatomik vəziyyətindən və ölçüsündən və pasiyentin istəyindən  asılı olaraq açıq üsuldan da istifadə edirik.

Flebektomiya, genişlənmiş varikoz damarlarının cərrahi yolla çıxarılması üsuludur.  Flebektomiya üsulu icra olunmaqla trofiki xoralar, ayaq şişməsi, qanaxma və ayaqlarda qan laxtalanması ( tromboflebit) kimi problemlərdən xilas ola bilərsiniz. Flebektomiya üsulu ilə ayaqlarda arzuolunmaz damarlardan qurtularaq görünüşünüzü yaxşılaşdıra bilərsiz.

Bununla yanaşı flebektomiya riskləri və potensial ağırlaşmaları olan bir əməliyyatdır.  Flebektomiya etməzdən əvvəl bütün müalicə seçimləriniz haqqında həkiminizlə məsləhətləşmənizi tövsiyyyə edirik.

Flebektomiyanın mərhələləri hansılardır?

  • Birinci mərhələ: Krossektomiya (Troyanov-Trendelenburq əməliyyatı) adlanır. Bu mərhələdə bud büküşündə kəsik aparılaraq genişlənmiş damar və şaxələri bud venasına keçid yerindən bağlanılır. Bununla da genişlənmiş damara bud venasından geriyə axının qarşısı alınır.
  • İkinci mərhələ: Böyük dərialtı vena və ya kiçik dərialtı venanın çıxarılması və ya strippingidir ki, bunun da bir neçə forması var:
  1. Bebkok üsulu. Bu üsulda damar daxilinə yuxarıdan zond salınaraq damar dartılaraq çıxarılır. Bu üsul daha qədim üsuldur və ətraf toxumalar zədələndiyinə görə travmatik hesab edilir.
  2. PİN stripper ( invaginasion üsul) üsulu ilə aparılan flebektomiya zamanı – xüsusi alət damar daxilinə yeridilərək damar “corab” kimi şevrilərək çıxarılır. Bu üsulun digər üsullardan üstünlüyü ətraf toxumaların və sinirin zədələnməməsidir.
  3. Mini flebektomiya(həmçinin mikro kəsikli flebektomiya, qarmaqlı flebektomiya adlanır) - xüsusi qarmaqşəkilli alətlərdən  ( Varadi aləti, Müller aləti) istifadə etməklə kiçik dəliklərdən varikoz damarlarının çıxarılması üsuludur. Adətən yerli anesteziyadan istifadə edərək aparılır.

 

Bu tip flebektomiya ümumi və ya regional anesteziyadan istifadə etməklə həyata keçirilir. Bu, daha az kəsik tələb edir, ambulator flebektomiya ilə müqayisədə sağalma müddəti daha azdır.

Flebektomiya niyə edilir? 

Həkiminiz dəri səthinə yaxın olan varikoz damarları müalicə etmək üçün flebektomiya tövsiyə edə bilər. Əgər ayaqlarınızda böyük varikoz damarlar varsa,  dəridə  yaralar, ayaqların şiş, venoz qanaxma və ya ayaqlarda qan laxtalanması – tromboflebit yaranıbsa cərrahınız  sizə flebektomiya etməyi tövsiyə edə bilər. 

Venoz damarlar qanı ətraflarınızdan  ürəyinizə qaytarır. Vena damarlarındakı qapaqlar qanın ürəyinizə geri axmasına kömək edir. Bu qapaqlar zədələndikdə və ya zəiflədikdə, qan vena damarlarında geri qayıdır və damarlarda toplanır ki, bu da damarların şişməsinə və zəifləməsinə səbəb olur.  Varikoz damarlar göyümtül, burulmuş və qabarıq görür və ayaqlarda narahatlıq hissi verir. Varikoz damarları ən çox bud və baldırlarda olur, daha çox hallarda qadınlarda rast gəlinir.

Həkiminiz konservativ müalicə variantları səmərəsiz olduqda, daha az riski olan cərrahi müalicə metodunu sizin üçün  təklif edəcək. Flebektomiyaya qərar verməzdən əvvəl bütün müalicə seçimləriniz barədə həkiminizlə öncədən məsləhətləşin. 

Flebektomiyanı kim edir?

Aşağıdakı mütəxəssislər flebektomiya edirlər: 

  • Damar cərrahları - ürək və beyin xaricində limfa sistemi və qan damarlarının xəstəliklərinin və şərtlərinin cərrahi müalicəsində ixtisaslaşırlar.
  • Ümumi cərrahlar
  • Fleboloqlar - varikoz damarları, hörümçək damarları, xroniki venoz çatışmazlıq və anadangəlmə vena qüsurları da daxil olmaqla, damar xəstəliklərinin diaqnostikası və müalicəsində ixtisaslaşırlar.

 

Flebektomiya necə aparılır?

Flebektomiya  xəstəxanada ambulator (xəstəxanada qalmadan) və stasionar ( 1 gün yatış)  şəraitdə həyata keçiriləcək. Ambulator icra edildikdə cərrahınız yerli  anesteziyadan istifadə edəcək. Yerli anesteziya, əməliyyat sahəsinin ətrafındakı dəri və dərialtı toxumalara anestetiklərin yeridilməsi ilə icra edilir. 

İstifadə edilə bilən digər anesteziya növlərinə aşağıdakılar daxildir:

  • Ümumi anesteziya - sizi dərin yuxuya aparan venadaxili dərmanlar və yuxugətirici qazların köməyi ilə icra edilir. Prosedurdan xəbərsiz, heç bir ağrı hiss etməyəcəksiniz.
  • Regional anesteziya - sinir bloku kimi də tanınır. Bu, bədənin böyük bir sahəsini keyləşdirmək üçün müəyyən sinirlər ətrafında anestezik ( keyləşdirici məsələn: lidokain) yeridilməsi ilə həyata keçirilir. 

 

Əməliyyatın ümumi riskləri 

Əməliyyatın ümumi risklərinə aşağıdakılar daxildir: 

  • Allergik reaksiya və tənəffüs problemləri kimi anesteziya riski
  • qanaxma
  • laxtalanma
  • Yara infeksiyası 

Flebektomiyanın potensial fəsadları

Flebektomiyanın ağırlaşmaları çox vaxt müvəqqəti olur və bunlara aşağıdakılar daxildir:

  • göyərmə (hematoma)
  • Damarların çıxarılması sahəsinin yaxınlığında dəri rənginin dəyişməsi
  • Damarın qalan hissələrinin iltihabı
  • Müvəqqəti keyləşmə

Baş verə biləcək fəsadların riskini necə azaltmalı?

Müalicə planınıza əməl etməklə müəyyən fəsadların riskini azalda bilərsiniz:

  • Əməliyyatdan əvvəl və sağalma müddəti qidalanmaya və həyat tərzində müəyyən məhdudiyyətlər və tövsiyələrə riayət etmək tələb olunur.  Buraya həkiminizin tövsiyə etdiyi kimi ağır fiziki işdən çəkinmək və elastik corab geyinmək daxildir.
  • Yaradan qanaxma  qızdırma, ağrının artması və ya yaranın qızarması, şişkinlik kimi narahatlıqlar barədə dərhal həkiminizə məlumat vermək
  • Siqareti dayandırmaq. Siqaret çəkmək tromblaşma riskini artırır və yaraların sağalmasını ləngidir
  • Sizə təyin olunan dərmanlarınızı qəbul edin və kompression corablarınızı tam olaraq göstərildiyi kimi davamlı geyinin
  • Hər hansı bir allergiyanız varsa,  həkiminizə mütləq bildirin

Ağrı hiss edəcəm?

Əməliyyatınızdan sonra müəyyən narahatlıq olacaq. Həkiminiz ağrınızı müalicə edəcək ki, siz rahat olasınız və sizə lazım olan istirahəti ala biləsiniz. Ağrınız güclənirsə və ya dəyişirsə, həkiminizi çağırın, çünki bu, bir komplikasiyanın əlaməti ola bilər.

Həkimin kontrol baxışında nə vaxt olmalıyam?

Flebektomiyadan sonra kontrol baxış vacibdir. kontrollar arasında yaranan suallar və narahatlıqlar üçün həkiminizlə əlaqə saxlayın. 

Əgər aşağıda baş verən ağırlaşmalar varsa, dərhal həkiminizə zəng edin və ya təcili tibbi yardım çağırın:

  • Qanaxma
  • Nəfəs darlığı, nəfəs almaqda çətinlik və ya xırıltı kimi tənəffüs problem-ləri
  • Bayılma, başgicəllənmə, huşun pozuması kimi ayıqlığın dəyişməsi
  • Hərarətin yüksəlməsi
  • Ağrı, qızartı və ya şişlik, xüsusən də baldırda qan laxtalanmasını göstərə bilər
  • Ağrıkəsəici ilə ağrının keçməməsi
  • Ayağındakı kəsikdən gözlənilməz irin və ya ifrazatın gəlməsi

Flebektomiya gündəlik həyatıma necə təsir edə bilər?

Flebektomiya vəziyyətinizi yaxşılaşdıra və ya simptomlarınızı əhəmiyyətli dərəcədə azalda bilər. Əməliyyatdan sonra varikoz damarlarla bağlı narahatlıqlar, qabarıqlıq və rəngin dəyişməsi tədricən aradan qalxacaq. 

Gündəlik həyatda varikozun yenidən yaranmasının qarşısını almağa və ya ləngitməyə kömək edə biləcək dəyişikliklər:

  • Məşq etmək
  • Çəki itirmək
  • Kompression corablar geymək