- Ventral yırtıq adətən, əvvəlki cərrahi əməliyyat zamanı aparılan kəsiklərin yerində yaranan qarın divarı yırtığıdır. Bu sahədə qarın əzələləri zəifləyir, və həmin nahiyədə qarındaxili təzyiqə dözməyərək qarın divarı toxumaları cırılaraq qabarır və yırtıqla nəticələnir. Qarın boşluöu orqanlarını bürüyən periton qarın divarının zəifləmiş nahiyəsindən xaricə qabararaq şar kimi kisə əmələ gətirir. Qarın boşluğu orqanları bu kisənin içində yırtıq qapısından bayıra çıxaraq geri qayıtmasa, boğulmağa səbəb olur və bu təcili əməliyyat tələb edə biləcək ciddi problemlərə səbəb ola bilər.
- Yırtıq zaman keçdikcə yaxşılaşmır və öz-özünə keçmir, əksinə getdikcə böyüməyə meyillidir.
Ventral yırtığın olub - olmadığını necə bilə bilərəm?
- Yırtıq adətən dərinizin altından qabarıqlıq kimi əllənir. Bəzən heç bir narahatlıq yaratmır. Lakin siz ağır əşyaları qaldırdığınız zaman, öskürək, fiziki gərginlik zamanı, uzun müddət ayaq üstə durduqda və ya oturarkən ağrı hiss edə bilərsiniz.
- Yırıtıq nahiyəsində diskomfort, küt bir ağrı ola bilər ki, bu da günün sonuna doğru daha da pisləşir. Yırtıq çıxıntısı ilə əlaqəli hər hansı davamlı və ya şiddətli ağrı, şişkinlik üzərində bərklik, ürəkbulanma və ya qusma yırtığın sboğulduğunu göstərən əlamətlərdir.
Özünüzdə bu əlamətləri müşahidə etsəniz, təcili olaraq cərrahınızla əlaqə saxlamağınız tövsiyə olunur.
Ventral yırtığın səbəbi nədir?
Qarın divarındakı əvvəllər keçirilmiş kəsik həmişə potensial yırtıq mənbəyidir.
Yırtıqların yaranma səbəbləri:
- ağır fiziki gərginlik;
- yaşlanma;
- piylənmə;
- travma;
- keçirilmiş əməliyyatdan sonra həmin yerdə infeksiya yarandıqda inkişaf edə bilər.
Ventral yırtıq ya əməliyyatdan dərhal sonra, ya da prosedurdan illər sonra meydana çıxa bilər. Bəzi hallarda bu tip yırtıqlar uzun illər gizli olaraq qalır və təsadüfən instrumental müayinələr ( KT, USM) zamanı aşkar edilir.
- Hər kəsdə hər yaşda yırtıq yarana bilər. Yaşlandıqca isə qarın divarı əzələləri və birləşdirici toxumalar zəiflədiyi üçün yırtığın yaranma ehtimalı daha da çox olur. Müəyyən risk faktorları - davamlı öskürək, qəbizlik, siyimə aktının çətinləşməsi və digər qarındaxili təzyiqi artıran faktorlar yırtığın yaranma ehtimalını artırır
Laparoskopik Ventral Yırtıq əməliyyatının üstünlükləri nələrdir?
Laparoskopik hernioplastika əməliyyatı aşağıdakı üstünlüklərə malikdir:
- Əməliyyatdan sonra ağrı sindromunun daha az olması;
- Xəstəxanada qalma müddətinin qısa olması;
- Normal qidalanmaya daha tez qayıtma;
- Reabilitasiya dövrünün qısa olması;
- İnfeksiya təklükəsinin daha az olması.
Laparoskopik Ventral Yırtıq əməliyyataları Sizin üçün uyğundurmu?
Yalnız hərtərəfli müayinədən sonra cərrahınız Laparoskopik Ventral Yırtıq əməliyyatının sizin üçün uyğun olub - olmadığını müəyyən edə bilər. Əvvəllər qarın boşluğunda geniş cərrahiyyə əməliyyatlar keçirmiş, atipik yerlərdə yırtıqları olan bəzi xəstələr üçün prosedur ideal olmaya bilər.
Laparoskopik Ventral Yırtıq əməliyyatları zamanı hansı əməliyyatönü hazırlıqlar tələb olunur?
Sadə yırtıq əməliyyatlarının əksəriyyəti ambulator şəraitdə həyata keçirilir və buna görə də əməliyyatın aparıldığı gün və ya ertəsi gün pasiyent evə buraxılır. Daha mürəkkəb və ya residiv yırtıq əməliyyatlarından sonra xəstəxanada bir neçə gün qalmaq tələb edilir.
- Əməliyyatönü hazırlıq yaşınıza və ümumi vəziyyətinizə uyğun olaraq qanın ümumi analizi, koaquloqramma, qanda infeksiyaların təyini, covid 19 test, döş qəfəsinin rentgenoqrafiyası və EKQ-ni əhatə edir.
- Əməliyyatdan öncə gecə və ya əməliyyat gününün səhəri duş qəbul etməyiniz tövsiyə olunur.
- Əməliyyat sahəsini bir gün öncə tüklərdən təmizləmək tövsiyyə edilir
- Əməliyyatdan bir gün öncə təmizləyici imalə olunması tövsiyyə edilir. Adətən, xüsusi təmizləyici məhlullar içmək məsləhət görülür. Sizdən əməliyyatdan bir və ya bir neçə gün əvvəl şəffaf mayelər içmək tələb oluna bilər.
- Əməliyyatdan bir gün əvvəlki gecə yarısından sonra Sizin cərrahınızın bir qurtum su ilə qəbul etməli olduğunuz dərmanlardan başqa heç nə yemək və içmək olmaz.
- Qan durulaşdırıcılar, qeyri steroid iltihabəleyhinə dərmanlar (artrit dərmanları) və Vitamin E kimi dərmanlar əməliyyatdan bir neçə gün və ya bir həftə əvvəl müvəqqəti olaraq dayandırılmalıdır.
- Həmçinin əməliyyatdan 5 gün əvvəl siqareti buraxmağınız tələb olunur
Laparoskopik Ventral Yırtıq əməliyyatı necə həyata keçirilir?
Ventral yırtığı olan xəstə üçün bir neçə əməliyyat növü var.
- Yırtıq müalicəsi yalnız cərrahi üsulla aparılır. Əməliyyat iki üsuldan biri ilə həyata keçirilir:
- Ənənəvi yanaşma(açıq üsul) - qarın divarında kəsik vasitəsilə həyata keçirilir. Əvvəlki kəsikdən, dəridən, altındakı yağ təbəqəsindən və qarın boşluğuna daxil ola bilər. Cərrah təbii toxumanızı yenidən tikməyi seçə bilər, lakin tez-tez səsin bağlanması üçün qarın divarının içərisinə və ya üzərinə “setka” yerləşdirilməsi lazım gəlir. Bu üsul ən çox ümumi anesteziya altında həyata keçirilir, lakin bəzi hallard vena daxili sedasiya və ümumi anesteziya ilə lokal anesteziya altında edilə bilər. Cərrahınız sizin üçün ən uyğun olan anesteziyanı seçməyə kömək edəcək.
- İkinci yanaşma - ventral yırtığın laparoskopik əməliyyatıdır. Bu yanaşmada xüsusi troakarlarla (kiçik içi boş boru) vasitəsilə laparoskop (kamera əlavə edilmiş kiçik teleskop) qarın boşluğuna yeridilir. Laparoskop və yə kamera cərraha yırtığa qarın boşluğundan baxmağa imkan verir. Qarın boşluğunda hər hansı çapıq toxumasını və bitişməni ləğv etmək üçün qarın boşluğuna kiçik dəliklərdən digər troakarlar da yeridilir. Yırtıq qapısı altına xüsusi “polipropilen setka” yerləşdirilir və xüsusi fiksatorla qarın divarına təsbit edilir.
Ventral Yırtıq əməliyyatı günü
- Siz əməliyyat günü səhər 9.00 –da xəstəxanaya gəlirsiniz.
- Əməliyyatdan 30 dəq- 1 saat əvvəl antibiotiklər yeridilir.
- Anesteziya ( narkoz və ya spinal anestziya) əməliyyat zamanı və əməliyyatdan sonra bir neçə saat davam edəcək.
- Əməliyyatdan sonra siz reanimasiya otağına aparılacaqsınız və tam oyanana qədər orada qalacaqsınız.
- Bir çox xəstə əməliyyat günü bir neçə saat sonra evə gedir, digərləri isə əməliyyatdan bir gün və ya bir neçə gün sonra evə gedir. Xəstəxanada qalma müddəti əməliyyatın həcminə və ümumi sağlamlığınıza görə müəyyən ediləcək.
Ventral Yırtığın cərrahi müalicəsi Laparoskopik üsulla həyata keçirilməsə nə olar?
Bəzi hallarda bir çox pasiyentlərdə yırtıq əməliyyatlarını laparoskopik üsulla həyata keçirmək mümkün olmur. “Açıq” üsulla hernioplastika əməliyyatını seçmək və ya açıq üsula keçmək imkanını artıra biləcək faktorlar arasında piylənmə, əməliyyatdansonrakı massiv bitişmə xəstəliyi və əməliyyat zamanı baş vermiş qanaxma ola bilər.
“Açıq” üsulla hernioplastika yerinə yetirmək qərarı cərrahınızın əməliyyatdan əvvəl və ya əməliyyat zamanı verdiyi qərara bağlıdır. Cərrah laparoskopik əməliyyatdan açıq əməliyyata keçməyin ən təhlükəsiz olduğunu hiss etdikdə və açıq üsula keçdikdə bu ağırlaşma deyil, daha düzgün və təhlükəsiz qərar hesab edilməlidir.
Ventral Yırtıq Əməliyyatından Sonra
- Xəstələrə əməliyyatdan sonra evdə olarkən yüngül fiziki fəaliyyətlə məşğul olmaq tövsiyə olunur. Cərrahınız ağırlıq qaldırma və digər fiziki yük növləri də daxil olmaqla, sizin üçün fəaliyyətin dərəcəsini təyin edəcək. Cərrahınızın tövsiyələrinə diqqətlə əməl edin.
- Əməliyyatdan sonrakı narahatlıq adətən yüngül və ya orta dərəcədə olur. Əməliyyatdan sonrakı dövrdə ağrıkəsici dərmanlar qəbul edə bilərsiniz.
- Əgər əməliyyatdansonrakı dövrdə sizdə qızdırma, üşütmə, titrəmə, ürəkbulanma, qusma, kəskin sidik ləngiməsi və ya yara yerindən irinli ifrazat gələrsə dərhal cərrahınızla əlaqə saxlamağınız tövsiyyə olunur.
- Əgər uzun müddətli ağrılarınız varsa və ağrıkəsici dərman qəbulundan sonra heç biri sakitləşmə baş vermirsə, bu barədə cərrahınıza məlumat verməlisiniz.
- Əksər xəstələr qısa müddət ərzində normal həyat fəaliyyətlərinə qayıda bilirlər. Bu fəaliyyətlərə duş qəbul etmək, maşın sürmək, pilləkənlərlə qalxmaq, iş və cinsi əlaqə daxildir.
- Bəzən xəstələrdə əvvəlki yırtıq yerində bir qədər şişkinlik yaranır. Bu, yırtığın əvvəlki boşluğunda mayenin yığılması ilə əlaqədardır. Çox vaxt bu, 3 ay müddətində öz-özünə yox olur. Bəzən isə cərrahınız bunu saröı otağında punksiya edərək boşaldır.
- Tipik olaraq, xəstələr əməliyyatdan sonra 2-3 həftə ərzində kontrol baxışa gəlirlər.
Hansı Fəsadlar Yarana Bilər?
- Bu əməliyyat təhlükəsiz hesab edilsə də, hər əməliyyatda olduğu kimi ağırlaşmalar baş verə bilər və xüsusi vəziyyətinizlə bağlı həkiminizlə məsləhətləşməlisiniz. Əməliyyat zamanı ağırlaşmalar ümumi anesteziyaya mənfi reaksiyalar, qanaxma, bağırsaqların və ya qarın boşluğunun digər orqanlarının zədələnməsini əhatə edə bilər. Digər mümkün problemlərə pnevmoniya, qan laxtalanması və ya ürək problemləri daxildir.
Həkimə nə vaxt zəng etməli
Aşağıdakılardan hər hansı birini inkişaf etdirsəniz, cərrahınıza zəng edin:
- 39 dərəcə üzərində davamlı qızdırma
- Qanaxma
- Qarın şişməsi və ya ağrısının artması
- Dərmanlarınızla kəsilməyən ağrılar
- Davamlı ürəkbulanma və ya qusma
- Üşümə
- Davamlı öskürək və ya nəfəs darlığı
- Hər hansı bir kəsikdən drenaj
- Kəsiklərinizi əhatə edən qızartı