Histerektomiyanın əsas növləri:
Total histerektomiya
Total histerektomiya zamanı uşaqlıq və uşaqlıq boynu bütöv şəkildə çıxarılır.
Total histerektomiya subtotal (uşaqlıq boynu saxlanmaqla aparılan) histerektomiyaya nisbətən daha üstün hesab edilir, belə ki, uşaqlıq boynunun saxlanması gələcəkdə uşaqlıq boynunda xərçəngin inkişaf riskinin olması deməkdir.
Subtotal histerektomiya
Subtotal histerektomiya isə uşaqlığın boynunun saxlanması ilə aparılan bir əməliyyat növüdür.
Bu əməliyyat növü az hallarda, adətən cavan yaşlarda icra olunur. Uşaqlıq boynu saxlanıldıqda uşaqlıq boynu xərçəngi riski nəzərə alınaraq, ildə ən azı bir dəfə uşaqlıq boynu müayinə olunmalıdır.
Bəzi qadınlar uşaqlıq boynu daxil olmaqla, yumurtalıqların və boruların qalmasını çox istəyirlər.
Əgər uşaqlıq boynunun saxlanmasını istəyirsinizsə, cərrahınızla uşaqlıq boynunun saxlanması ilə bağlı risklər barədə məsləhətləşin.
İkitərəfli salpinqo-ooforektomiya ( yumurtalıq və uşaqlıq boruları ilə) total histerektomiya
İkitərəfli salpinqo-ooforektomiya ilə total histerektomiya aşağıdakıların çıxarılmasını da əhatə edən bir histerektomiyadır:
- uşaqlıq boruları (salpingektomiya)
- yumurtalıqlar (ooforektomiya)
Tövsiyə edilir ki, yumurtalıqlar yalnız xərçəng riski olduqda – məsələn, ailədə yumurtalıq xərçəngi anamnezi varsa çıxarılsın. Qeyd edək ki, menopauzaya qədərki dövrdə yumurtalıqlar götürüldükdə erkən klimaks başlayır.
Radikal histerektomiya
Radikal histerektomiya adətən xərçəngin aradan qaldırılması və müalicəsi üçün kimyaterapiya və şüa terapiyası kimi digər müalicələr uyğun olmadıqda və ya nəticə vermədikdə həyata keçirilir .
Prosedur zamanı uşaqlıq və uşaqlıq boynu çıxarılır, həmçinin:
- uşaqlıq borularınız
- uşaqlıq younun ( vaginanın) bir hissəsi
- yumurtalıqlar
- limfa vəziləri
- böyük piylik
Histerektomiyanın aparılması
Histerektomiya 3 üsulla həyata keçirilə bilər:
- laparoskopik histerektomiya
- vaginal histerektomiya
- abdominal ( kəsiklə qarından) histerektomiya
Laparoskopik histerektomiya
Laparoskopik üsulla aparılan histerektomiya reproduktiv sistemin orqanlarını və ətraf toxumalarını çıxarmaq üçün ideal bir üsuldur.
Prosedur zamanı qarın boşluğuna kiçik dəliklərdən içərisində laparoskop (kiçik bir kamera) olan kiçik bir boru daxil ediləcək.
Bu, cərraha daxili orqanlarınızı görməyə imkan verir. Daha sonra uşaqlığı və digər orqanları çıxarmaq üçün əlavə alətlər qarın boşuğuna yerləşdirilir.
Laparoskopik histerektomiya ümumi anesteziya altında aparılır. Əməliyyatdan sonra cəmi bir gün yatış verilir.
Vaginal histerektomiya
Vaginal histerektomiya zamanı uşaqlıq və uşaqlıq boynu uşaqlıq yolunun yuxarı hissəsində edilən kəsik vasitəsilə çıxarılır.
Xüsusi cərrahi alətlər vaginaya daxil edilir ki, uşaqlıq onu yerində saxlayan bağlardan ayrılsın.
Uşaqlıq və uşaqlıq boynu çıxarıldıqdan sonra kəsiklər tikilir. Əməliyyatın tamamlanması adətən təxminən bir saat çəkir.
Vaginal histerektomiya aşağıdakı üsullardan istifadə etməklə həyata keçirilə bilər:
- ümumi anesteziya - prosedur zamanı huşsuz olacaqsınız
- lokal anesteziya - oyaq olacaqsınız, lakin heç bir ağrı hiss etməyəcəksiniz
- spinal anesteziya – müvafiq olaraq beldən aşağını hiss etməyəcəksiz.
Vaginal histerektomiyaya abdominal histerektomiyaya nisbətdə daha çox üstünlük verilir, çünki o, daha az invaziv hesab edilir və reabilitasiya - bərpa müddəti qısadır.
Abdominal histerektomiya
Abdominal histerektomiya zamanı qarında kəsik aparılır. O, ya bikini xətti boyunca köndələn, ya da göbəkdən bikini xəttinə qədər şaquli olaraq aparılır.
Uşaqlığın çox böyük ölçülü miomaları varsa və ya bəzi hallarda xərçəngə şübhə varsa adətən şaquli kəsikdən istifadə olunur .
Uşaqlıq çıxarıldıqdan sonra kəsik tikilir. Əməliyyat təxminən bir saat çəkir və ümumi anesteziya istifadə olunur.
Əgər uşaqlıqda böyük ölçülü miomalar varsa və onu vaginadan çıxarmaq mümkün deyilsə, abdominal histerektomiya tövsiyə oluna bilər.
Yumurtalığın çıxarılması lazımdırsa, bu da tövsiyə edilə bilər.
Hazırlıq
Histerektomiyaya gedəcəyinizi bilən kimi:
- ən azı 3 gün əvvəl siqaret çəkməyi dayandırın
- sağlam, balanslı qidalanın
- müntəzəm idman edin
- arıqlayın (artıq çəkiniz varsa)
Hansı vəziyyətlərdə Laparoskopik Histerektomiya edilə bilər ?
- Miomalar
- Müalicəyə tabe olmayan uşaqlıq qanaxmaları
- Menopauza sonrası təkrarlanan qanaxmalar
- Adenomyosis (Uşaqlığın böyüməsi, Ağrı və Kista yaradan xəstəlik)
- Endometrioz (Şokolad kistası yaradan xəstəlik)
- Pelvik organ prolapsı (Uşaqlıq və sidik kisəsi,düz bağırsaq sallanması)
- Pelvik iltahabi xəstəlik (Uşaqlıq, Borular,Yumurtalıqların və Peritonun iltihabı)
- Müalicəylə keçməyən kista və ya adneksal şişlər
- Xroniki pelvik ağrılar
- Uşaqlıq boynu xəstəlikləri
- Xərçəngdən qorunma, xüsusən Tamoxifen qəbul edən süd vəzi xərçəngləri olan pasientlər
- Servikal intraepitelyal neoplazma (CIN)
- Atipik Endometrial Hiperplaziya (Uşaqlığın daxili qatının qalınlaşması)
- Endometriya Xərçəngi (Uşaqlıq Xərçəngi)
Laparoskopik Histerektomiyanın (qapalı əməliyyatın)
abdominal histerektomiyaya (açıq əməliyyata) görə üstünlükləri:
- Dəridə kəsik olmaması və bununla da yüksək kosmetik görünüş;
- Əməliyyat zamanı daha az qanama;
- Əməliyyatlar tikiş atılamadan edildiyi üçün daha az infeksiya riskinin olması;
- Əməliyyatdan sonra daha az ağrının olması;
- Əməliyyat günü qida qəbulunun mümkünlüyü;
- Xəstələrin növbəti gün evə çıxmaları;
- Normal günlük fəaliyyətlərinə qısa müddətdə qayıda bilmələri.